Mən, Mirzə AĞ, bu gündən təkbaşına «etiraz mitinqi»nə başlayıram. Tələbim - qocalığa görə, pozulmuş pensiya hüququm bərpa olunsun - «Pensiya haqqında» yeni Qanun qüvvədən salınsın, antisosial «HadıSəlim»in yeni qanuna yamaq etdiyi «staj senzi» 25 ildən 10 ilə endirilsin! Belə antixalq fəaliyyətinə görə, antisosial Hadı və antisosial Səlim məsuliyyətə cəlb olunsunlar!
Tələbim yerinə yetənə qədər aksiyanı davam etdirəcəm. Mənimlə həmrəy olanlar, mənim aksiyama qoşulsunlar. Hesab edin ki, bu elan bir petisiyadır - «qoşuluram» yazıb da yanımda dayanın.
Nifrətlə,
Mirzə AĞ


Şərhlər
Qosuluram !!!
QOSULURAM. AMMA NECE?
SƏLİMİN VTEKİNİN SƏDRİNDƏN XƏBƏRİ OLAN VAR? QURBANOVU DEYİREM HƏLƏ.BƏLKƏ SƏN BİLƏSƏN MİRZƏ MUƏLLİM?BUNA AYDİNLİQ GƏTİRSƏN QOSULLUQ A..
man da qosuluram
Mənə şəxsən bu söhbət ləzzət verir allahdan heç düzəlməsin acından öləsiniz .Vaxtında etmək lazımdır yatıb yatıb indi növbə AGyə çatanda üsyan edir.Gecdir qatar gedib .Kim ki siyasətlə məşqul olmur siyasət onunla bax belə məşqul olur
Mən Gədirov Məhərrəm Cərullah oğlu yenicə pensiyaya çıxmışam nə hesab lasalar yaxşıdır cəmi 11700 man. Mən buna qətiyyən razı deyiləm. Sovetlər vaxtında çalışmışam və maaşım da yüksək olub.Səlim Müslümovun icad etdiyi pensiya qanuna qörə indidən sonra yalnız 2 faiz adama PENSİYA düşəcək. Yeni nazirdən xahiş etməliyik bu biabırçılığa son qoysun.
Müfəttiş müəllim,Hadı-Səlim bu qanunları hazırlamasalar da onun hazırlanmasında bilavasitə iştirakçıdırlar.BUndan əlavə Hadı və səlimin mal varlığı da çox mətləblərdən xəbər verir.Səlimin bir nömrəsi təxminən bəllidir.Pul köçürmələrini banklarla əlaqədə olaraq 10 -15 gün sonra sahiblərinə çatdırılçasında qazanılan bank faizləri kimə çatıb?( 10-15 gün bahk həmin pulları dövriyyəyə buraxaraq faiz ödənilib.Hesab etsək ki, bu uzun illərdir davam edibŞ,burada böyül məbləğdən söhbət gedir.
Mirzə müəllim, məmləkətdə işsizlik tüğyan etdiyi bu vəziyyətdə Sizin təklif iş tapmayan yaşlı nəslə müəyyən kömək ola bilərdi. Amma bu qanunu "HadiSəlim yamagi" adlandırıb hamının bildiyi səbəbkarı gizlətməyi nahaqq edirsiniz. ...
Mənə qoşulmaq üçün həmin bu "şərh" yerinə "QOŞULURAM" yazmaq kifayətdir...
Mirzə muəllim,sizinlə tam razıyam.Sizə necə qoşulmaq olar? Bu qanunun anti-milli olması,onun mahiyyəti və fəsadları baredə xalqa mutəmadi izah verilməlidir.İnanın ki, deputadların çoxu və onu təstiqləyənlər bu qanunun nə qəddər qəddar,nə qədər anti-xalq oldugunu anlamayıblar.Yaşı qaldırırlar,stajı 25 il edirlər, amma,nə sosial sıgortanın 15800man, nə də stajın 25 il toplanmasına zaman tanımırlar.Bəs,iki daşın arasında bu şərtləri necə yerinə yetirə bilərlər- bunu heç fikirləşməyiblər də.
Qoşuluram !!!
Mirzə müəllim, mən ianmıram ki Səlim-Hadı cütlüyü belə vicdasızlığı öz təsəbbüssləri ilə həyata keçirələr.Məsələ bundadır ki, pensiyaçilara büdcədən ayrılan vəsait hökuməti həmişə narahat edirdi. Son illərdə pesnsiya islahatı adı altında qəbul olunan mürtəce qərarlar da məhz buna xidmət edir. Nəhayət istəklərinə catdılar, nöqtə qoyuldu və Səlim gedə bilərsən.....
Son günlər iki istefa xabəri hamını sevindirdi. Biri Serjikin,ikinci isə Səlimin.
Onların hər ikisi Azərbaycana eyni səviyyədə zərər vurub.
Mənə qoşulun!!! Hamısını bilirəm!!!
Bütün Azərbaycan xalqini «Pensiya haqqında» yeni Qanun qüvvədən salınmasina səs verməyə cağiriram.Bu qanun xalqi dilənci vəziyyətinə gətirib cixardacaqdir.
Səlim müəllimin villaları necə olacaq?Onlar da əlindən alınacaqmı?Amma "Xandəmirov kimi çaldı-çapdı mahalı".Sərvətlər kralı vəzifəsini itirsə də,sərvətini itirməyib.Tezliklə hansısa nazirin müavini vəzifəsini satın ala bilər..
Ay Mirzə,deyək ki, Hadı ilə Səlim antixalq bir qanun işləyib hazırlzyıblar.Bəs Milli Məclisin 125 deputatı nə üçün bu qanunun qəbul olunmasına razılıq verib möhtərəm prezidentin təsdiqinə göndəriblər.Buradan belə nəticəyə gəlmək olar ki,bu qanunu nə Hadı nə də ki,Səlim işləyib hazırlayıbıar.Bu qanunu hazır şəkildə onlara veriblər ki,çıxın oz adınızdan bu təklifi edin.Onlarda öz adlarından bu qanunu təklif ediblər.Söyülən də onlar olublar.Vəssalam-şürttamam.