Menu

Google ABŞ-Koreya gizli bunkerini açığa çıxardı

17.07.2014, 09:01
Google ABŞ-Koreya gizli bunkerini açığa çıxardı

Şəkillərdə kompleksin bütün quruluşu, postlar və 2 eniş zolağı da olmaqla açıq-aydln görünür

Müharibə olduğu təqdirdə ABŞ və Cənubi Koreya birgə qüvvələrini yerləşdirmək üçün nəzərdə tutulan məxfi “Tanqo” bunkeri yer səthinin yüksək keyfiyyətli peyk şəkillərini yerləşdirən Google Earth xidməti tərəfindən təsadüfən açığa çıxarılıb. Artıq Cənubi Koreya hərbiçiləri gizli obyektin internetdə açığa çıxarılmasına öz etirazlarını bildiriblər.

Bu günlərdə Google Earth Seulun şərqi, Sonnamedə yerləşən “Tanqo” gizli bunkerinin hətta adını belə qeyd edərək dəqiq yerləşdiyi nöqtəsini göstərib. Yerli proqram fəallarının yerləşdirdikləri şəkillərdə kompleksin bütün quruluşu, postlar və 2 eniş zolağı da olmaqla açıq-aydln görünür.

Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri baş verən qalmaqalla əlaqədar öz narazılıqlarını bildiriblər. Onlar “baş verən problemin həllində bütün qüvvələrindən” istifadə edəcəklərini və şəkillərə ictimai çıxışı bağlayacaqlarını vəd ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol