Menu

Rusiya və Ermənistan prezidetləri arasında telefon danışığı olub

25.04.2018, 21:14
Rusiya və Ermənistan prezidetləri arasında telefon danışığı olub

Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

"Report"un "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

"Ermənistanda mövcud vəziyyət müzakirə olundu. Vladimir Putin və Armen Sarkisyan daxili böhranı ən qısa zamanda aradan qaldırmaq üçün bu ölkədəki bütün siyasi qüvvələrin dözümlülük və məsuliyyət nümayiş etdirməsini, konstruktiv dialoq yolu ilə mövcud problemləri həll etməyə hazır olmalarının vacibliyini vurğulayıblar", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol