Menu

“Feysbuk”un təkcə I rübdə reklamdan əldə etdiyi gəlir...

26.04.2018, 10:26
“Feysbuk”un təkcə I rübdə reklamdan əldə etdiyi gəlir...

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Feysbuk”un 2018-ci ilin I rübündə xalis gəliri 1,6 dəfə artaraq 4,988 mlrd. dollar təşkil edib.

“APA-Economics” şirkətin illik hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin I rübündə cəmi aktivlərin həcmi 88 mlrd. 945 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 29,44% çoxdur.

“Feysbuk”un cəmi öhdəlikləri 2018-ci ilin birinci rübündə 11 mlrd. 325 mln. təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 73,54% çoxdur.

Şirkətin reklamdan əldə etdiyi gəlir 11 mlrd. 795 mln. təşkil edib ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Əməliyyatlardan daxil olan gəlir 5 mlrd. 449 mln. təşkil edib. Bu isə ötən illə müqayisədə 15,82% çox deməkdir.

Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı aprel ayının 1-nə 1,45 milyard nəfərə çatıb ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 13% çoxdur, aktiv istifadəçilərin aylıq sayı isə 13% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol