Bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərq var. Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bunun nəticəsidir ki, hər iki ölkədə keçirilən seçkilər fərqli nəticələr verdi: “Azərbaycanda inkşafa doğru islahatlar aparılır, yeni hökumət formalaşdırıldı, sabitlik daha da möhkəmləndi. Ermənistanda isə seçkilərdən sonra siyasi xaos başladı, insanlar küçələrə axışdı”.
T.Rzayev qeyd edib ki, xalqa zülm edən hökmdar uzun müddət vəzifədə qala bilməz: “Serj Sarkisyanın hakimiyyətdən getməsi lap əvvəllər olmalı idi. Sarkisyan hakimiyyəti silah gücünə qoruyub saxlayırdı. Ermənistan xalqı onu istəmirdi, o, təkcə Azərbaycan xalqının deyil, öz xalqının da düşmənidir. O, uzun müddət işğalçılıq siyasəti yeridərək xalqı məhvə məhkum edib. Ermənistan çökmüş və başqa ölkələrdən asılı, ianələrlə dolanan bir respublikadır, özünün heç bir siyasəti yoxdur, ölkədə demokratiya, söz azadlığı yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridir, heç kimin torpaqlarında gözü yoxdu. Azərbaycan Prezidenti düzgün siyasət həyata keçirir, ölkə iqtisadiyyatı inkişaf edir, ölkənin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan bütün layihələrə öz imzasını qoyur. Ermənistan isə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də Sarkisyan getməli idi”.
Deputat bildirib ki, bu, hələ son deyil, Serj Sarkisyanın faciəsi bundan sonra başlayacaq: “Sarkisyan əlini günahsız azərbaycanlıların qanına batırıb və o, tribunal qarşısında cavab verməlidir”.


Şərhlər
Mən görmək istəyirəm bunu seçənləri . Mən oxumadığım qazet jurnal yoxdur ancaq bunu tanımıram durdu durdu söz danışdı.Hələ utanmaz utanmaz pensiya qanununa səsdə verib yəqin ki heç başa da düşməyib ki orada nə yazılıb indidə dünyadan xəbərsiz danışır .Ay deputat harada yatıb qalmısan millət ayılıb belə nağıllar keçmir daha. Dala qalmısan
Ötən ilin 2016-cı və öncəki illərə nisbətən statistkası bunu təsdiq edirmi? Neftsiz Haystan və DQda adambaşına məhsul və maaş Azərbaycandakından yüksəkdir!? Cənab MV, Sizə hansı reytinq maraqlıdır? Xalqa mədaxil, yoxsa ölkədən məxaric?
Hörmətli deputad,siz yəqin ki,statiska ilə maraqlanmırsınız.Azərbaycan dövlət budcəsi,3-4 il əvvəlki 25milyard dollardan bu ilki 11milyarda duşub.Hökumət oz sosial ohdəliklərindən-sosial yardım,pensiya təminatı və digər ohdəliklərindən imtina edib.İnsanlar iqtisadi zulmə məhkum olub.Analoqu olmayan vətəndaşlara çevirilmişik.Səbəbsə, H.Rəcəbli kimi, sizin kimi deputadlar,Səlim kimi nazirlərdir.Açın bir statiskaya baxın və əsl inkişafımizı görərsiniz.