Menu

Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb - Təhsil Nazirliyi

26.04.2018, 14:12
Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb - Təhsil Nazirliyi

"Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb".

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.

Nazirlikdən bildirilib ki, ali təhsil ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir: “Tanınmaya bu qaydalar çərçivəsində baxıldığı üçün təqdim olunan təhsil sənədləri həmin qaydalardan irəli gələn tələblər çərçivəsində olmadıqda onların tanınmasından imtina olunur. Aparılan təhlillər göstərir ki, məzunların ali təhsil ixtisaslarının tanınmasından imtina olunmasının əsas səbəbi onların ali təhsil müəssisəsinin tələb etdiyi tədris normativinə düzgün əməl etməmələri və tədris dili üzrə bilik səviyyələrinin olduqca aşağı olmasıdır”.

Şərhlər

tələbə 2018-04-26 14:12:00

Attestatla xaricdə təhsil alanların heç 1 qramda savadları yoxdur.Belələrinin diplomlarının tanınması üçün onları imtahan etmək vacibdir.Necə deyərlər bu meydan,bu da şeytan.

Nigara 2018-04-26 14:12:00

Sizcə burda,150 balı toplaya bilmeyib attestatla guya Tibb Uni-de təhsil alanların diplomlarının tanınması nə dərəcədə doğrudur?

Nigar 2018-04-26 14:12:00

Xarici doplomlar tanınmayacaqsa, onda həmin universitetlərlə müqavilə bağlamağın nə mənası var? Əgər diplom həmin ölkənin Təhsil Nazirliyi tərəfindən təsdiq olunubsa, sonradan həmin şəxslərin guya müsahibədən keçmək adı ilə yenidən imtahan olunması nə dərəcədə doğrudur. Onda ölkəmizdə kollec, universitet bitirib diplom alanlar da imtahan edilib savadları yoxlanılsın. Bu nə dərəcədə məntiqə uyğundur. Bütün bunlar camaatın haqlı narazılığına səbəb olur. Yeni nazirimiz bu məsələyə çarə qılsaydı yaxşı olardı.

Eli 2018-04-26 14:12:00

Təhsil Nazirliyi təhsil almış vətəndaşın heç birinə aldığı təhsilə uyğun iş təminatı vermir. Xaricdə təhsil almış vətəndaşın bilik və bacarığını yoxlayan qurum onu işə götürəndir. Təbii ki savadı olmasa onu heç kim işə götürməyəcək, deməli Diplom olacaq əhəmiyyətsiz. Təhsil Nazirliyi Diplomun həqiqiliyini yoxlamalıdır vətəndaşın bilik və bacarığını yox. Bu vəzifə səlahiyyətlərini aşmadır.Sonda pul almağa xidmət edir. Bu nostrifikasiya məsələsi NK-nin qərarına uyğun aparılmır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol