Menu

570 uşaq küçələrdə dilənçilik edir - Dəhşətli statistika

26.04.2018, 20:58
570 uşaq küçələrdə dilənçilik edir - Dəhşətli statistika

Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, bu barədə İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatında deyilir.

Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Həmin uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Şərhlər

ARİF 2018-04-26 20:58:19

HƏKİMLƏRİN MÜƏLLİMLƏRİN MAAŞI ÇOX CÜZİDİR. BU MAAŞLA AİLƏ DOLANDIRMAQ QEYR-MÜMKÜNDÜR.

Millət 2018-04-26 20:58:19

Bəs Ailə QAdın və Uşaq Problemləri Komitəsinin SƏDRİ Hicran Hüseynovanın işi nədir? sadəcə vətəndaşları işədüzəltmə adıyla aldadaraq külli miqdarda pul yığmasıdır? Hicranın çanta dolu dolları HÖKUMƏT EVİNDƏKI KABİNETDƏ sabiq ap-rəh SƏFƏRİN vasitəsi ilə aldığı pularla uşaqların probleminə xərcləsin yoxsa Sabiq aparat rəhbərini (6 nəfər ailə)Gürcüstanda maliyələşdirib susdurmasın.Heç olmazsa belə küçələrdəki UŞAQLARIN Problemləri ilə məşğul olsun.Hicranın vəzifəsi sadəcə özünün təhlükəsizliyinin qarantıdır.

Bəşirova əlavə 2018-04-26 20:58:19

AZərbaycanda Əhalinin sosial müdafiəsi nazirliyi,Həmkarlar İttifaqı və buna bənzər idarələr korrupsiya,rüşvət, qohumbazlıq,yerlibazlıq,oğurluq etməsələr, üzərlərinə düşən vəzifəni dərk edib namusla çalışsalar,nəzarət orqanları fəaliyyət göstərsə,hadı kimilər aradan yığışdırılsa intihar,işsizlik.yoxsulluq, dilənçilik tədricən azalar, insanlar
insan kimi yaşayar.Lakin belədirmi? BU sahələr unudulduğundan vəziyyət olduqca dözülməzdir.

Fizuli 2018-04-26 20:58:19

En yaxwisi rayonlarda lazimsiz boyuk idman komplekslerine milyonlar xerc qoymaqdansa 500-600 uwaqa bir yaxwi internat mektebi acib bu yaziq dilemci uwaqlari oxudub terbiye edib cemiyyete intiqrasiya etmek ALLAHA da xow geder bendeye de olkenin imicine de.Onlari terbiyesini heyatini oxumaqini da yaramaz icra hakimiyyetlerinin umidine buraxmaq olmaz onlara umid etmek sadelovlikdir.Onlar yetimlere ayrilmiw vermewili makaronu da oqurlayacaqlar nece ki, indi de uwaq baqcalarina ayrilanida oqurlayirlar!!

Bashirov Qarib 2018-04-26 20:58:19

Bu gözlə görunən,rəsmi uçota alınıb tədbir görulən saydır.On minlərlə uşaq, qaygısız uşaqlıq dövrundən mərhumdur.Bu necə ədalətdir ki,hökumət ozunun sosial ohdəliklərindən imtina edib pensiyalari,uşaq pullarını,muavinətləri vermir,mudafiəsiz qocaları və uşaqları talehin umidinə buraxıb.Neft,qaz,qızıl mədənləri və dilənən uşaqlar, qocalar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol