"Fənərbağça" ilə oyuna çıxmayacaqlar - "Beşiktaş"dan bəyanat

“Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbağça” ilə cavab oyununa çıxmayacağı haqda bəyanat yayıb.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İstanbul derbisinin təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib.

Xatırladaq ki, "Fənərbağça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbağça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar