Menu

"Ermənistanda Respublikaçılar Partiyası hakimiyyəti qəsb edib" - Ədliyyə naziri əvəzi

28.04.2018, 14:09
"Ermənistanda Respublikaçılar Partiyası hakimiyyəti qəsb edib" - Ədliyyə naziri əvəzi

Hakimiyyətin qəsb edilməsi və güclənmiş müxalifətin rolunu kifayət qədər dəyərləndirməməsi Ermənistanın hakim Respublikaçılar Partiyasının əsas səhvləri olub.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri vəzifəsini icra edən David Arutyunyan hökumətdə şənbə günü keçirilən brifinqdə bildirib.

"Düşünürəm ki, əsas problem – bizim, Respublikaçılar Partiyası tərəfindən anlaşılmazlıq, bir siyasi partiya tərəfindən hakimiyyətin qəsb edilməsi təhlükəsidir", - D.Arutyunyan deyib.

"Bu, bizim əsas səhvimizdir və bunu etiraf edirik", - o, əlavə edib.

Şərhlər

Bashirov Qarib 2018-04-28 14:09:34

AŞPA hal-hazırda Azərbaycanı eninə uzununa tənqid və təhdid edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol