Menu

Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik vasitə götürülüb

28.04.2018, 23:20
Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik vasitə götürülüb

 

Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik vasitə götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkarlanıb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol