Menu

Ərdoğan Qəzzaya getməyərək vədinə xilaf çıxdı - CHP lideri

17.07.2014, 16:27
Ərdoğan Qəzzaya getməyərək vədinə xilaf çıxdı - CHP lideri

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu bəyan edib.

O deyib: "Mən sənin kimi ikili standart tətbiq etmirəm. 2005-ci il iyunun 10-da Yəhudi Komitəsinin sədri tərəfindən boynuna taxılan "Yəhudi Cəsarət medalı"nı hələ də boynunda gəzdirirsən. Gəl, bir dəfə verdiyin sözə əməl et: o medalı boynundan çıxar və geri qaytar. Fələstinlilərə bomba yağdıran İsrail qırıcı təyyarələrinin yanacağını kəs, Türkiyə üzərindən İsrailə hərbi təyyarə yanacağı göndərmə. Ərdoğan 2013-cü il martın 23-də "Qəzzaya gedəcəyəm" dedi, həmin il aprelin 14-də "Tarix dəqiqləşdi: mayın sonlarnda Qəzzaya gedirəm" dedi. Dilindən çıxanı bir dəfə qulağın eşitsin. Bunu xatırlamaq sənin xeyrinə deyil, xatırlamağa cəsarət də edə bilməzsən. Con Kerri "İşinlə məşğul ol, Qəzzaya gedə bilməzsən" dedikdə oraya gedə bilmədin və beləcə, vədinə xilaf çıxdın. Yalan dedin, həmişə etdiyin kimi, yenə milləti aldatmağa çalışdın. İndi də "Mən prezident olacağam" deyirsən. Səndən prezident olmaz!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol