Menu

İSLAHATLARDAN YENƏ İMTİNA EDİLİR? - “Hökumətdə arxayınlaşma var”

01.05.2018, 10:05
İSLAHATLARDAN YENƏ İMTİNA EDİLİR? - “Hökumətdə arxayınlaşma var”

Azərbaycan neftinin dünya bazar qiyməti yüksək olaraq qalır: “AzeriLight” markalı neft 75,5 dollardır. Bu, dövlət gəlirlərinin hesablandığı büdcə qiymətindən 30 dollar yuxarı deməkdir. Belə yüksək qiymətlər fonunda Azərbaycanda yenidən bahalı proyektlər gündəmə gətirilməkdə, hər sahədə iri maliyyə tutumlu layihələr ortaya çıxarılmaqdadır.

Bir çox mütəxəssislər neftin qiymətinin yüksəlməsinin yenidən hökumətdə arxayınçılıq yaratdığını, qeyri-neft sektorunun inkişafı üçün başladılan islahatların isə arxa plana keçməsi təhlükəsinin yarandığını bildirirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, qiymətlərin yüksəlməsi ilə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı da artır: “Ötən illə müqayisədə bu il neftin qiyməti 45 faizə yaxın artıb. Bu, Azərbaycan hökumətinin gözləntilərini də aşdı. Hətta ən optimist proqnozlarda belə qiymətin 2018-ci ildə 75 dollara çatacağı ehtimalı çox aşağı görünürdü. Nəzərə alsaq ki, hazırda dünya neft bazarında qiymətlər siyasi konfliktlərə görə yüksəlib, görərik ki, bu artımın iqtisadi əsası yoxdur. İqtisadi təməllərə söykənsəydi, qiymətlər indikindən xeyli aşağı olardı. Qeyd edim ki, hələlik neftin qiymətinə təsir edən siyasi amillər qalır: Yaxın Şərqdə müharibə ocaqları, Rusiya ilə Qərb arasındakı konfliktlər. Siyasi və hərbi gərginliklər davam edir. Azərbaycan kimi büdcəsinin formalaşmasının birbaşa 50 faizdən yuxarısı, dolayısı ilə 70-75 faizi neftdən asılı olan ölkə üçün neft qiymətləri çox önəmlidir. Neftin qiymətinin bu qədər artması Azərbaycana kifayət qədər əlavə vəsaitin daxil olmasına səbəb oldu. Neftin qiymətinin hər barel üçün 1 dollar artması Azərbaycana gündəlik 400-450 min dollar əlavə vəsait gətirir. On dollar artıq olanda bu, 4-4,5 milyon dollar, 30 dollar artıq olanda isə 12-14 milyon dollar gündəlik əlavə gəlir deməkdir”.

N.Cəfərlinin sözlərinə görə, bu vəziyyət hökuməti arxayınlaşdırır: “Xatırlayırsınızsa, neftin qiyməti 40-45 dollar olanda Azərbaycanda islahat sözü daha çox işlənirdi. Struktur islahatları, yol xəritələri və sairlə bağlı müzakirələr daha çox aparılırdı. Neftin qiymətinin artması ona gətirib çıxardıb ki, belə ciddi diskussiyalar aparılmır daha. Hətta əvvəlki pozitiv notlar daha çox səslənməyə başlayıb: Azərbaycan inkişaf edir, ölkədə problem yoxdur və sair.

Son bir ildə yenidən köhnə modelə qayıtmışıq: büdcə investisiyaları hesabına artım. Bu il ötən illə müqayisədə büdcə investisiyaları 4 milyard manat daha artıq olacaq. Bununla da iqtisadi artımı təmin etmək istəyirlər. Bu, çox yanlış yoldur. Azərbaycan bu yolla gedərək 2014-2015-ci illərdə ağır böhran yaşadı. Hökumət anlamalıdır ki, neft qiymətləri çox oynaqdır, onu yüksəldən səbəblər daimi deyil. İndiki yüksək qiymətləri islahatları daha da dərinləşdirmək, neftdən asılılığı azaltmaq üçün istifadə etmək lazımdır. Lakin, təəssüf olsun ki, hələlik hökumətin bunu anladığı hiss olunmur”.

Şərhlər

Obyektiv 2018-05-01 10:05:31

Evvela bunlar indinin deyil, illerin sehvleri, emele gelmish problemleridir.. Iri layiheler daha chox xarici imitasiyaya ve bezi (doymaq bilmeyen) "ciblere" yonelib, daha vacib olan daxili teminatlara yox!.. Tekce neftden her gunune ne qeder gelen gelirlerin 5-10 gununu pensiyalarin, mevaciblerin artmasina ve problemli bank kreditlerinin silinmesine serf elemek olmazdi beyem?.. Yoxsa ayzek demish, esl telebatlari illerle uzatmalar guya, kime "sheref" ve encam olurdu ki!.. ((
Evin fasadi evin ichi deyildi..

R-n 2018-05-01 10:05:31

Gozbeli gebir duzelder. Yashli ogrunu bir az cavanla evez edib adini islahat goydular,ne kemiyyet,ne de ki,keyfiyyet deyishdi ve deyishmeyecek...

ayzek 2018-05-01 10:05:31

BU HÖKÜMƏT İSLAHAT APARANADƏK CAMAATDA İSLAHAT QALMAYACAQ.

ARİF 2018-05-01 10:05:31

KÖHNƏ TƏHSİL NAZİRİ DEMİŞDİ MÜƏLLİMLƏRİN MAAŞI 900 MANAT OLACAQ. OLMADI, BƏLKƏ TƏZƏ NAZİR BUNU EDƏR.

Ruslan 2018-05-01 10:05:31

VARVAR memurlar

Lətif 2018-05-01 10:05:31

BU MEMURLAR İSİALAHAT APACAQ? ....

İqtisadçı 2018-05-01 10:05:31

Bu tərkibdə islahat istəyən var? Əlbəttə olmayacaq.İnkişaf prosessində iştirak edən nazirlər hamısı yerlərində qalıb və onlardan islahat gözləmək tapılmayan şeyi axtarağa bənzəyir.İnert insanlardan inkişaf gözləmək sadəlövhlükdür.Bu inkişafı Şirəliyevlə,Mustafaevlə və pensiyaçılardan ibarət Nazirlər kaminetindən gözləyirsiniz? Gülməli və qğlamalı! i

************ə 2018-05-01 10:05:31

Modernləşmə naminə islahaт! Siуasəтdə kəskin hüquqi iddiasız heç bir islahaт-həll mümkün gorünmür və Azərbaуcandan qeуri heç KİM formalizmə ümid eтmir? İqisadi islahaт xüsusi gosəriciуə уonəlməli və real səmərə verməlidir. Milli siуasi-hüququ və əsas iqтisadi gosтəricini seçə bilməуən bir-iki nəfərin dünуadakına bənzər fərdi sifarişi тəbii ki, Azərbaуcana uуgun gоrünsə də arzu olunan səmərəni verməzdi?

vaqif 2018-05-01 10:05:31

bu hakimyət nə islahat aparacaq nə də düşməndən torpaq alacaq nə də kasıb təbəqənin xeyrinə bir iş görəcək. Öz keflərində talan rüşvət pul vəzifə uğrunda çalışıb vuruşacaqlar.

************ 2018-05-01 10:05:31

Islahatların “cəhd–səhv” prinsipi ilə (методом «проб-ошибок») aparılması dayanıqlı nəticələr verə bilməz, bu, az-çox savadı olan hər kəsə aydındır (xüsusi ilə kadr islahatları sahəsində). İqtisadiyyat sınaq meydançası deyil. Qərb ölkələrində maliyyə sabitliyinin qiymətləndirilməsi zamanı isitifadə olunan əsas göstəricilərindən bri bu qurumlara rəhəbərlikdəki sabitlik götürülür (təbii ki, qurumda ciddi qüsurlara, əyintilərə yol verilməyibsə, bizim Maliyyə Nazirliyindəki kimi). “Cəhd–səhv” prinsipi ilə aparılacaq islahatlardansa gözləmək daha məsləhətdir - ən azından geri getmərik

EWDER 2018-05-01 10:05:31

TOXLAR QEDIR,ACLAR QELIR...

Bashirov Qarib 2018-05-01 10:05:31

Pensiyaları,sosial təminatları islahat adı ilə dayandırdılar və ya minimuma saldılar ki,insanlar ölkəni tərk etsinlər,dolları iki dəfədən çox bahalaşdırdılar ki,ucuz manatla budcəni daha rahat doldursunlar və nəticədə qiymətlər ən azı iki dəfə qalxdı. Böhrandan əvvəl nefti 100 dollara satanda , bu manatla 80 manat edirdi,indi isə neft manatla 125/ barell edir.Xalq isə dilənşi gunundədir.

Əmirqulu 2018-05-01 10:05:31

Gəlir arтdıqca Kapiтalı, siуasi parтiуaları əlində saxlaуan hakimiууəт ozəl (qohum-уaxın) fəaliууəтini də saxladıqca əhali ondan hərтərəfli asılı qalır! Dəуəri уüksələn hakimiууəтi arтıq aşagıların ehтiуac duуdugu xırda islahaтlar qane eтmir, qlobal panel laуihələr cəzb edir. Bu daxili тələbaтı тənzimləməsə də iqтidarın beуnəlxalq imicini genişləndirir və оzəlliklə тəsdiqləуir.

G.M 2018-05-01 10:05:31

Neft elə bir strateji məhsuldur ki,ona tələbat ildən-ilə ancaq arta bilər.İŞİD -in vasitəsiylə ərəbstan neftini ``qara bazarda`` ucuz satmaqla qiymətdən salmaq neftə olan ehtiyacın azalması demək deyil.

məmmədqulu 2018-05-01 10:05:31

Hörmətli Natiq müəllim. Heç vaxtı Azərbaycan höküməti heç nə üçün narahat olmayıb. Onlar daima imitasiya edirlər ki, guya işləyirlər. Amma hamısı boş şeydir və həmişə də camatın gözünə kül üfürəcəklər ki, guya işləyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol