Moskvanın Basman məhkəməsi sentyabrın 15-dək Levon Ayrapetyanın həbsini sentyabrın 15-dək uzadıb.
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmənin bu cür qərar verməsinə əsas səbəb kimi Ayrapetyanın öz imkanlarından istifadə edərək istintaqdan yayınma, qaçma və gizlənmə ehtimalı göstərilib.
Xatırladaq ki, Levon Ayrepetyan iyulun 15-də Moskvanın "Domodedova" aeroportunda Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Dünyanın 10 ən varlı ermənisindən biri olan Ayrepetyan erməni lobbisinin ən məşhur siması hesab olunur.


Şərhlər