Menu

“Bu artım olduqca azdır” - Deputat

04.05.2018, 12:19
“Bu artım olduqca azdır” - Deputat

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

APA-nın məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.

Şərhlər

Camal 2018-05-04 12:19:09

Qüdrətin dünyadan xəbəri yoxdur.A kişi,artım var ki, hələ az olsun! Tənəzzül sözünü başa düşmürsən? Ölkə sizlərlə quyunun dibinə yuvarlanıb,Siz isə hələ lovğalanırsınız.Ayıb....

omer 2018-05-04 12:19:09

Alın Cenab deputad.8min ,lap 18min alın halimiz..amma evvelce en azından muellim minimum emek haqqini 4 min,5 min manat edin...

Səməd 2018-05-04 12:19:09

Bəs Qüdrət müəllim pensiyaçılar 55.manatla necə yaşayır.

pensiyaçı 2018-05-04 12:19:09

Ay Qüdrət bəy! Niyə narazılıq edirsən? Bəs yazıq pensiyaçı150 manatla və ya əlil cüzi təqaüdlə necə dolanır? Niyə onlara görə MM-də səsini çıxartmırsan? Səni ora "seçiblər" ki özünüzə gün ağlamağa? Axı siz orada millətin vəkilisiniz! Elə deyilmi?! Onsuz da sənin o maaşa ehtiyacın yoxdur! Ofisin bizim qonşuluqdadır. Maşınları,işçiləri görürük! Allah rizası üçün pensiyaçıların rihafı üçün səsini qaldır! Yazıqdılar!150 manata yemək, dərman almaq, kommunal xərcləri ödəmək, pal-paltar almaq olarmı,Qüdrət bəy?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol