«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) xarici işlər naziri Mohəmməd Cavad Zərif bəyan edib ki, ölkəsi Birgə hərtərəfli fəaliyyət planına (BHFP) «yenidən bazmayacaq və ya ona düzəlişlər etməyəcək».
«Biz, öz təhlükəsizlik məsələrimizə nə xarici oyunçuları cəlb edəcəyik, nə də indiyə qədər vicdanla əməl etdiyimiz sazişə yenidən baxmayacağıq və ya ona hər-hansı düzəlişlər etməyəcəyik» - deyə, Zərif bəyan edib. Bəyanatın videoyazısı nazirin «Tvitter»ində dərc olunub.
«Bunu daşınmaz əmlak anlayışlarına aid etsək, belə alınar ki, siz ev alıb, ailənizi həmin evə köçürəndən və ya evi söküb, yrində göydələn tikəndən iki il sonra, qayıdıb onun qiymətinə yenidən baxmaq cəhdi cöstərirsiniz» - deyə, Zərif qeyd edib.


Şərhlər