Menu

KXDR Cənubi Koreya ilə vahid vaxt rejiminə keçib

05.05.2018, 10:12
KXDR Cənubi Koreya ilə vahid vaxt rejiminə keçib

KXDR Cənubi Koreya ilə vahid vaxt rejiminə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. "Pxenyanda vaxt rejimi dəyişdirilib. Nəticədə Şimal və Cənubun standart vaxtı vahid şəkilə salınıb", - deyə bəyanatda bildirilir. Qeyd olunur ki, bu, iki Koreyanın birləşdirilməsi prosesinin sürətləndirilməsi üçün atılmış praktiki bir addımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol