Menu

"Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir" - Vergilər Nazirliyi

05.05.2018, 16:35
"Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir" - Vergilər Nazirliyi

“Azərbaycanda kriptovalyutaların alqı-satqısından gəlir əldə edənlər vergiyə cəlb olunmalı, vergi ödəməlidir”.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov deyib.

“Kriptovalyuta ilə əməliyyat aparan, onu ucuz alıb sabah satan fiziki şəxslər gəlir vergisinə, hüquqi şəxslər isə mənfəət vergisinə cəlb edilməlidir”, - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol