Menu

"Tramp İrandakı hakimiyyəti dəyişmək arzusundadır" - Vəkili

06.05.2018, 10:48
"Tramp İrandakı hakimiyyəti dəyişmək arzusundadır"  - Vəkili

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək” arzusunda olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

“Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, - deyə Rudolf Culiani qeyd edib.

Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ “vaxtı çatanda” İran xalqına dəstək verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol