Menu

"KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır" - Heyli

07.05.2018, 09:52
"KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır" - Heyli

Şimali Koreya ilə müharibə hələ də prezident Donald Tramp administrasiyasının mümkün tədbirlərindən biri olaraq qalır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli deyib. "Bu administrasiya Şimali Koreyaya Birləşmiş Ştatları təhdid edəcəyi təqdirdə onunla nə baş verəcəyini nümayiş etdirən mövqe tutub. Heç kim müharibə etmək istəmir. Prezident müharibə istəmir, mən müharibə istəmirəm. Lakin bu, mümkün əməliyyat variantlarından biridir", - deyə o, CBS teleşirkətinə müsahibəsində "ABŞ Şimali Koreya ilə müharibəyə hazırdırmı?" sualına cavabında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol