AİLƏNİN İQTİSADI SOSİOLOGİYASI - Professor Tofiq Quliyevin məqaləsi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev ailənin iqtisadi sosiologiyası ilə bağlı maraqlı elmi məqalə ilə çıxış edib. "AzPolitika.info" həmin məqaləni oxuculara təqdim edir:
Bazar iqtisadi sisteminə keçid, dünyada postmodernizm meyillərinin güclənməsi bütün sferalarda, münasibətlərdə olduğu kimi ailə münasibətlərinə də əhəmiyyətli dərəcədə təsir etmişdir, mövcud ənənəvi mentalitetlər, o cümlədən iqtisadi mentalitetlər bir sıra problemlərlə üzləşmişlər. Belə bir şəraitdə iqtisadi sosiologiya iqtisad elmi ilə yanaşı bu sahədə baş verən sosial-iqtisadi proseslərin səbəblərini qanunauyğunluqlarını öyrənməli və mövcud olan hər hansı bir anomaliya hallarının (normadan kənarlaşmaların, düzgün olmayan cəhətlərin) aşkara çıxarılmasına və onların neytrallaşdırılmasına, zərərləşdirilməsinə kömək etməlidir. Burada iqtisadi problemlər zəminində baş verən ailə münaqişələrinin, iqtisadi davranışların sistemli, kompleks təhlili xüsusi əhəmiyyət kəsb edir. Ailənin iqtisadi sosiologiyasının öyrənilməsində ümumi sosiaologiyanın, əməyin sosiologiyasının, sahibkarlıq (biznes) sosiologiyasının, menecment sosiologiyasının, yoxsulluq sosiologiyasının, tibbi sosiologiyanın və digər sosioloji istqamətli elmi biliklərin mestəsna əhəmiyyəti vardır. Çünkü burada yuxarıda göstərilən ixtisaslaşmış sosioloji istiqamətlərin bu problemə yanaşmada hər birinin özünə məxsus deduktiv və induktiv elmi məntiqi vardır. Elmi deduktiv və induktiv məntiqi baxımdan ailənin sosiologiyası problemləri irəli sürülərkən aşağıdakı suallar meydana çıxa bilər:
- Cəmiyyətin iqtisadi və sosial modeli, strukturu ailənin iqtisadi strukturuna necə təsir edə bilər?
- Bunun ailənin həyat tərzi və həyatın keyfiyyəti ilə əlaqə mexanizmi necədir?
- Ailənin iqtisadi mədəniyyəti ilə gəlirləri hansı variantda və səviyyədə ahəngdarlıq təşkil edir?
- Ailə xoşbəxtliyi hansı sosial-iqtisadi sistemlərdə daha rasional halda təmin edilə bilər?
Ailənin ümumi və iqtisadi sosiologiyası geniş əhatəli problemlərlə implikasiya olunur və şərtləşir. Burada demoqrafik və iqtisadi proseslər, sosial-psixoloji mühit (ailə daxili və ailədən kənar), evlənmə-boşanma münasibətləri, ümumi həyat tərzi, emosionallıq, sosmədəni səviyyə və s. də özünü göstərir.
Ailə münasibətlərinə təsir edən amillər, şərtlər sistemli halda olur. Onlardan bəziləri sırf sosial, iqtisadi, bəziləri ilə bioloji-təbii, dini və mental səciyyə daşıyır. Lakin elə amillər var ki, onlar (evlənmə və boşanma) həm də sosial-iqtisadi amillərdən də asılı olur. Bu, müasir dövrdə özünü daha aşkar halda göstərir. Burada ailə üzvlərinin, o cümlədən ər-arvadın ailə haqqındakı identifikasiyası, təsəvvürü, sosmədəni səviyyəsi, intim əlaqələri, mənəviyyatı, ailənin cəmiyyətdə tutduğu mövqe və s. də mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə ailə münasibətlərini qoruyub saxlamaq başlıca şərtdir. Sosial və iqtisadi etika prinisplərinə əməletmə, zərərli, anormal vərdişlərdən uzaqlaşmada ailə möhkəmliyi üçün müqəddəs şərtdir. Ailə məişətinin də öz təsərrüfatı, təsərrüfat struktur vardır. Əlbəttə, ailənin təsərrüfat strukturu digər təsərrüfat strukturuna nisbətən sadədir. Lakin burada da müəyyən, müvafiq fəaliyyət növü vardır. Ailə cəmiyyətin ilkin sosial və iqtisadi təbəqəsidir. Bunu mikrokollektiv də adlandırmaq olar. Ailə münasibətlərində bu cəhəti də nəzərə almaq lazımdır.
Adətən ailə problemlərindən danışarkən onu yalnız demoqrafiya çərçivəsində izah edirlər. Belə yanaşma metodoloji baxımdan bir o qədərdə düzgün deyildir. Çünkü demoqrafik proseslər olan doğum, ölüm, təbii artım ailə çərçivəsindən də kənarda baş verə bilər. Eyninə də əhalinin cins və yaş strukturu, yaş qrupları (yeniyetmələr, gənclər, ahıllar, kişi və qadın və s.) haqqında demək olar. Lakin bu o demək deyildir ki, ailə problemini demoqrafik problemlərdən əlahiddə halda izah etmək lazımdır. Demoqrafik proseslər, evlənmə-boşanma, əhalinin miqarsiyası, ailədaxili iqtisadi və sosial proseslərə güclü bir amil kimi təsir edir. Burada əks təsir də vardır. Burada başqa bir məntiq və yanaşma ola bilməz.
Ailə birgə yaşayış, birgə sosial-iqtisadi fəaliyyət, birgə büdcə (ailə büdcəsi) ilə bağlıdır. Ailə birgə özünüidarəetmə və özünüinkişaf mikrostruktur tipidir. Bu mikrostrukturda ümumi məişət, qarşılıqlı yardım, köməklik, qarşılıqlı mənəvi məsuliyyət və ümumi mədəniyyət vəhdətliyi olmalıdır. Bu, özünu hər sahədə, o cümlədən ailədaxili iqtisadi münasibətlərdə, ailədaxili sosiallaşmada da özünü göstərməlidir. Ailədaxili iqtisadi münasibətlərə sırf gedonik konsepsiya baxımından yanaşma düzgün yanaşma deyildir. Düzdür, tələbat mütərəqqi olaraq yüksəlir, bir tələbat forması digərləri ilə əvəz olunur, modifikasiya edilir. Bu meyil iqtisad elmində tələbatın artması qanunu adlanır. Lakin tələbatn necə deyərlər, konstruktiv, önəmli meyarları, əmək gəlirli sosiallığı əsasları olmalıdır.
İşçi həm də ailə üzvü olduğuna görə və yaxud əksinə ailə üzvü həm də işçi oldubuna görə ailənin iqtisadi sosiologiyası əməyin iqtisadi sosiologiyası və problemləri ilə üzvi şəkildə bağlıdır. Ailənin iqtisadi vəziyyəti, ailənin iqtisadi və sosial-tərbiyəvi funksiyası ilə işçinin əmək fəaliyyəti arasındakı əlaqə, daimi funksionallıq əlaqəsi halında olur.
Göründüyü kimi ailənin iqtisadiyyatı geniş miqyaslı problemlərlə qarşılıqlı əlaqədə, təmasda olur. Bu əlaqədə sistemində meydana çıxan münaqişələr, ailədə uşaqların və yeniyetmələrin tərbiyəsi, bütövlükdə ailənin həyat tərzi mühüm yer tutur. Ailənin iqtisadi sosiologiyası ilə əlaqədar olaraq birinci növbədə aşağıdakı növbəti suallar meydana çıxır: cəmiyyətin və ailənin qarşılıqlı tələbatı, nisbətləri, istehlak səviyyəsinə, kəbin-ailə münasibətlərinə və ailənin həyat tərzinə necə təsir göstərir? Ailə davranışı daha çox hansı tələbat standartlarına cavab verir? Ailə norması və dəyərləri müxtəlif sosial-iqtisadi şəraitdə özünü necə təzahür etdirir, bu normaların, meyarların dəyişilməsinin sosial - iqtisadi mexanizmləri nədən ibarətdir və ailə iqtisadi münasibətləri bu istiqamət üzrə doğru, səhih gedirmi? Ailə iqtisadi davranışı ilə ailə münasibətlərinin tənzimlənməsi prosesi arasında hansı əlaqələr vardır, əgər varsa bu nədən ibarətdir? Kəbin-ailə münasibətlərinə bazar münasibətləri üçün mənfi təsir göstərir?
Bu suallara bütün hallarda birmənalı cavab vermək, əlbəttə çətindir. Çünki bazar münasibətlərinin norma və dəyərlərinin radikal məzmunu ailənin sosial-iqtisadi funksiyasını xeyli dərəcədə dəyişmişdir. Ona görə də biz deyərdik ki, ailənin iqtisadi, sosial problemi heç də kiçik sosial qrup çərçivəsinə sığan bir problem deyildir. Ailə onun üzvlərinin sayı baxımından kiçik qrup kateqoriyasına aid edilə bilər. Ailə formal olaraq qrup normalar və qrup proseslərlə bağlı olsa da orada baş verən vəziyyət, emosional münasibətlər həm də cəmiyyət səviyyəlidir və bu makroiqtisadi səviyyəli münasibətlərə xeyli təsir göstərir. Eyni zamanda əksinə, radikal bazar münasibətləri istər-istəməz ailədə evlənmə və boşanma motivlərinə, ümumi ailə münasibətlərinə, o cümlədən ər-arvad, valideynlərlə və uşaqlar arası münasibətlərə mühüm təsir göstərir. Digər sosial qruplarda olduğu kimi, kiçik sosial qrup olmaq etibarilə ailənin də özünəməxsus məqsədləri və vəziyələri, tərkibi və strukturu, o cümlədən sosial-demoqrafik strukturu vardır; Habelə burada başqa kiçik sosial qruplarda olduğu kimi ailə dəyərləri, normaları və davranış nümunələri vardır. Həmçinin ailə daxili şəxsiyyətlər arasında münasibətlər, stabillik və qeyri-stabillik, rol davranışı problemləri də vardır. Yuxarıda göstərilən və göətərilməyən digər müvafiq problemlərin ailə baxımından öz xüsusiyyətləri vardır. Bu və buna bənzər problemlər yalnız iqtisadi sosiologiya deyil, həm də sosial psixologiya tərəfindən bəhdətli, sistemli halda öyrənilməlidir.
Ailə həm də bir sosial sistemdir. Ailənin daxili və xaridi əlaqələri vardır. Ailədə baş verən sosial prosesləri dərindən dərk etmək üçün konkret sistemli sosioloji təhlilin aparılması lazımdır. Sistemli təhlil zamanı ailənin yalnız fərdi funksiyalarını deyil, həm də ictimai funksiyalarını nəzərə almaq lazımdır, çünki ailənin fəaliyyəti həm də cəmiyyətdəki ümumi sosial şəraitlə bağlıdır. Ümumi sosial mühit ailənin maddi həyat şəraitinə mühüm amil kimi təsir göstərir, onun sosial meyllərini müəyyən edir, habelə ailənin sosial tələbatının ödənilməsi xarakterinə də öz təsirini göstərir. Ümumi sosial şərait də ailə üzvlərinin statusuna, onların ailədəki roluna, kommunikasiya əlaqələrinə, ayrı-ayrı üzvlərin liderliyinə, dəyərlər meylinin birliyi səviyyəsinə, ailə ünsiyyətinin stukturuna, evlənmə və boşanmanın səbəblərinə və motivlərinə də təsir göstərir. Bütün bunlar əslinə qalanda ailənin həyat tərzini formalaşdırır. Bu, həm də göstərdiyimiz kimi cəmiyyətin həyat tərzinin xüsusi təzaşür formasıdır.
Ailənin qrup nəzəriyyəsi və metodologiyası baxımından aşağıdakı kateqoriyalar diqqət mərkəzində olmalıdır: həyat şəraiti; ailənin strukturu; ailənin funksiyası; ailənin həyat tərzi; yerliçilik, qohumluq; milli və regionçuluq ideolojiyası; bir sosial qrup kimi ailənin fəaliyyəti; ailə tsiklinin mərhələləri. Kiçik sosial qrup olan ailənin sosial problemlərinin həllində ailə tipologiyasının böyük əhəmiyyəti vardır. Tipologiyanın özü spesifik sosioloji nəzəriyyənin vacib ünsürüdür. Tipolojiya bir elmi metod kimi həm elmi-nəzəri və həm də praktiki əhəmiyyətə malikdir. Ayrı-ayrı müəlliflər tərəfindən ailənin həyat fəaliyyətinin tipologiyası müxtəlif variantda irəli sürülür və beləliklə də aşağıdakı tipologiyanın önəmliliyi təklif edilir:
- a) ailədaxili tənzimləmə vasitələri və üsulları, bu prsoesin idarə edilməsi;
- b) hər bir fərdi ailədə həmin proseslərin (formalaşması, inkişafı və yaxud dağılması, artımı, azalması) labüdlüyü dərəcəsi;
- v) həmin proseslərin labüdlüyünün bir sosial institutu kimi hər bir ailədə həmin prosesin müddəti və ailənin həyat tsikli ilə əlaqəsi;
- q) ayrı-ayrı ailələrdə bu proseslərin yeknəsəqlik və zaman kəsiyi etibarilə onun sabitlik, dəyanətlilik dərəcəsi, səviyyəsi;
- d) bu prosesdə ailə üzvlərinin iştirak etmə imkanlılığı dairəsi.
Bununla belə yuxarıdakı tipologiya təsnifat xeyli dərəcədə mücərrəd səslənə bilər, ailənin konkret sosioloji problemlərinin öyrənilməsində ancaq ümumi meyar rolunu oynaya bilər və bu səbəbdən onun nisbətən az praktiki əhəmiyyəti vardır. Amerika mütəxəssisi K.Kirkpatrikan bu problemi ailənin tələbat və mənafelərilə, ailə üzvlərinin statusu ilə əlaqələndirir.
O, Amerika ailələrində dəyərlərin münaqişəsini əks etdirən aşağıdakı on əsas dilemmanın siyahısını irəli sürmüşdür: ailədə azadlıq, qayda və intizam, ər-arvad, valideynlər və uşaqlar arasında münasibət dərinliyi, övlad naminə ailədə şəxsiyyətin özünütəsdiqləməsi və öz hissələrini qurban verməsi, ailənin və cəmiyyətin mövcud ənənələrinə bağlılıq, ailənin xarici və təsadüfi əlaqələri, onun dərinliyi və məhdudluğu, sevgi təcrübəsi və yaxud məhəbbətə sədaqət, azad seksual davranış və yaxud seksual məzmunluluq, vaxtından əvvəl və yaxud gecikmiş kəbin kəsmə, böyük uğurlar qazanmağa cəhdetmə və real imkanları nəzərə almaqla realist gözləmə.
Ailə münasibətlərinin tipologiyası və fenomeni həm də onun formalaşmasına təsir edir. Bu münasibətlər fenomoloji əlamət və amillərdən asılı olaraq dəyişə bilər. E.B.Raşkovski isə ailə fenomeninin ən azı altı ölçülməsi halını göstərir. Bunlar aşağıdakılardır:[1] 1. Bioloji. 2. Psixoloji. 3. İqtisadi. 4. Sosmədəni. 5. Hüquqi. 6. Dini. Bu fenomenoloji ölçülərin bir-birilə üzvü əlaqəsi vardır. Əvvəllər göstərdiyimiz kimi burada başlıca mövqe iqtisadi fenomenə məxsusdur. Lakin burada digər ölkələrin fenomenoloji əlamətlərini, onun əhəmiyyətini nəzərə almamaq da düzgün olmazdı. Məsələn, ailə üzvlərin fiziki cəhətdən saglam olması, zərərli vərdişlərdən uzaq olması, körpə uşaqlara nəvaziş göstərmək, onlara mədəni qaydada qulluq etmək, qayğısına qalmaq, onlara öz həyatlarının bir hissəsi kimi yanaşmaq, qohumlarla xoş ünsiyyətdə olmaq, valideynlərin təhsil, peşə-ixtisas, ümumi intellektual səviyyəsi, atalıq-analıq borcunu dərketmə, ər-arvad arasında etimad hissi, dostluq, qohumluq əlaqələri - bir sözlə, ümumi insani, ümumi bəşəri duyğuların, ülvü hisslərin olması ayrı-ayrı millət və ölkələrdə bir çox amillərlə şərtləşir. Bütün bunlar onu göstərir ki, ailə münasibətlərini, bu sahədəki dəyişiklikləri tədqiq edərkən onu həm obyektiv və həm də məcmuu çoxamilli halda nəzərdən keçirmək lazımdır. Çünki burada çoxamilli funksional asılılıq tədqiqat üçün vacibdir.
Ailələr əhalinin siyahıyaalma baxımından bir sıra tipə ayrılır: ər-arvad ikiliyi, uşaqlı və uşaqsız, bir ailə başçısı olan uşaqlı və uşaqsız, habelə həmin tək ailə başçısının valideynlərindən birinin yaşadığı ailə: yuxarıda göstərilən tərkibdə olan ailə əlavə olaraq digər qohumlar yaşayan ailə: iki və daha çox ərarvadlı, habelə uşaqlı və uşaqsız olan, ər-arvalın valideynlərindən biri və qohumları yaşayan ailə və s. Bundan başqa, ailələr sosial mobiliyinə görə fəal, qeyri-fəal və orta fəal tiplərinə bölünür. Ailələrə iqtisadi baxımdan yanaşıldıqda isə birinci növbədə onların gəlir səviyyəsi əsas götürülür (aşağı, çox aşağı, orta, yüksək). Bundan asılı olaraq ailələr istehlakın səviyyəsi, tərkibi və xarakterinə görə də fərqlənirlər. Elə ailələr var ki, istehlakı, elə ailə var ki, bahalı əşyaları çatışmır; bazar münasibətləri, prinsipləri şəraitində belə diapazon getikcə daha da arta bilər.
Ailəni səciyyələndirən cəhətlərdən biri onun mülkiyyət, bölgü, mübadilə (ilkin və yenidən bölgü) sisteminə münasibəti və bu sistemdə həmin ailənin (ailələr qrupunun) tutduğu mövqedir. Bu həm ailənin təsərrüfatçılıq formalarından, həm də gəlir əldəetmə imkanlarından asılı olur. Bunu aşağıdakı sxem kimi də vermək olar:
Ailənin təsərrüfatçılıq, məşğulluq formaları baxımından müxtəlifliyi | Ailənin iqtisadi mövcudluğu (iqtisadi əsasları) mənbələri | Mövcud bölgü formaları |
İstehsal, məhsuldar sferalarda (muzdlu və qeyri muzdlu fəaliyyətlərdə) | Əmək və bəzi hallarda qeyri əmək gəlirləri | Gəlirlərdən asılı olan bazar modeli üzrə bölgü forması. Sosial yardım sistemi. |
Təsərrüfat-məişət formasında, ev təsərrüfatı, özünü məşğulluq | Birgə ailə büdcəsi, gəliri | Ailə və ailə fəaliyyətindən kənar gəlirlər |
Dövlət müəssisələrində | Hüquqi tənzimləmə üzrə əməyə görə əmək haqqı | Əmək haqqı, mükafatlar |
Dövlət idarələrində | Ştat gədvəli üzrə əmək haqqı, müəyyən güzəştlər | Aylıq əmək haqqı |
Xüsusi mülkiyyətli səhmdar şirkətlər, firmalar | Mövcud tarif sistemi üzrə gəlirlər, səhmlər, dividentlər | Əmək haqqı, səhmlər, dividentlər, gizli, kölgəli gəlirlər |
Dövlətin sosial məsələlər üzrə tədbirlər sistemindəki tutduğu mövqe | Sahibkarlıq gəlirləri, pensiya, səhiyyə üzrə sığortalanma və s. | Milli gəlirin qeyri ilkin bölüşdürmə formaları |
Bəzi ailə üzvlərinin kənar ölkələrdəki iş fəaliyyəti, onun qazancı. | Ailəyə pul və s. formada köməklik | Qazancdan ailəyə yardım |
Ailənin iqtisadi fəaliyyəti, təsərrüfatçılıq formaları, onun makro-mikro iqtisadi sistemlərlə əlaqəsi daima dəyişə bilər. Bu dəyişəklik demoqrafik strukturu, sosial strukturu, mülkiyyət formalarına olan münasibəti və əlaqəsi, sosial bərabərsizliyin azaldılması və ya artması, ev təsərrüfatlarının sayı və ölçüsü, qadın məşğulluğu, ailədə işləyənlərin sayı, qadın genderliyi-məşğulluğu və s. sahələrdə baş verən meyillərlə şərtləşir. Göründüyü kimi, ailələrin iqtisadi fəaliyyəti və bundan irəli gələn gəlirlərin mütləq həcmi və strukturu çox amilli iqtisadi modellərlə sistemilə izah olan bilər. Azərbaycan Respublikası Statistika Komitəsinin 2015-ci il məlumatına görə ev təsərrüfatlarında gəlirlərin quruluşu (%-lə) aşağıdakı kimi olmuşdur (cədvəl №1).
Cədvəl №1. Ev təsərrüfatı gəlirlərinin quruluşu (faizlə)
2005 | 2010 | 2012 | 2013 | 2014 | 2015 | |
Gəliro cümlədən: | 100 | 100 | 100 | 100 | 100 | 100 |
əmək gəlirləri (əmək haqqı) | 53,6 | 59,8 | 58,0 | 58,6 | 59,1 | 59,1 |
sosial transferlər | 11,6 | 15,1 | 16,9 | 16,1 | 16,0 | 15,8 |
kənd təsərrüfatı məhsulları və s. satışından gəlir | 18,6 | 14,0 | 13,8 | 13,9 | 13,3 | 13,4 |
digər gəlirlər | 16,2 | 11,1 | 11,3 | 11,4 | 11,6 | 11,7 |
Ayrı-ayrı yerlər (şəhər və kənd), habelə iş yerləri üzrə gəlirlərin quruluşu isə aşağıdakı kimi olmuşdur (cədvəl №2).
Cədvəl №2.2016-cı ildə yaşayış yerləri üzrə gəlirlərin quruluşu (faizlə)
Ölkə üzrə cəmi | Şəhər yerləri | Kənd yerləri | |
Gəlirlər – cəmi | 100 | 100 | 100 |
Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı) | 33,5 | 42,8 | 21,8 |
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər | 25,9 | 27,1 | 24,3 |
Kənd təsərrüfatından gəlirlər | 13,2 | 2,6 | 26,5 |
İcarədən gəlirlər | 0,7 | 0,8 | 0,5 |
Əmlakdan gəlirlər | 0,2 | 0,3 | 0,1 |
Alınmış cari transfertlər | 15,9 | 15,4 | 16,5 |
Pensiyalar | 13,4 | 13,5 | 13,4 |
Müavinət və sosial yardımlar | 1,6 | 1,2 | 2,1 |
Naturada sosial transfertlər | 0,8 | 0,6 | 1,1 |
Digər gəlirlər | 10,8 | 11,1 | 10,4 |
Digər ailələrdən alınmış gəlirlər | 8,2 | 8,6 | 7,5 |
Ölkə xaricindən göndərilən pul | 2,6 | 2,4 | 2,9 |
2 saylı cədvəldən göründüyü kimi burada muzdla işləyənlərin əməyinin ödənilməsi üzrə gəlirlər həm ümumilikdə və həm də yaşayış yerləri üzrə daha çox olmuşdur. Ev təsərrüfatlarının tipinə görə gəlirlərin quruluşunu isə aşağıdakı 3-cü cədvəldən görmək olar.
Cədvəl №3. 2015-ci ildə ev təsərrüfatlarının tipinə görə gəlirlərin quruluşu (faizlə)
Ev təsərrüfatının tipi | ||
Uşaqlı evtəsərrüfatları | Uşaqsız evtəsərrüfatları | |
Gəlirlər – cəmi | 100 | 100 |
Muzdla işləyənlərin əməyinin ödənilməsi (əmək haqqı) | 30,6 | 36,7 |
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər | 26,6 | 26,5 |
Kənd təsərrüfatından gəlirlər | 14,7 | 10,4 |
İcarədən gəlirlər | 0,8 | 0,5 |
Əmlakdan gəlirlər | 0,2 | 0,2 |
Alınmış cari transfertlər | 15,5 | 16,5 |
Pensiyalar | 12,9 | 14,4 |
Müavinət və sosial yardımlar | 1,8 | 1,3 |
Naturada sosial transfertlər | 0,8 | 0,8 |
Digər gəlirlər | 11,6 | 9,2 |
Digər ailələrdən alınmış gəlirlər | 8,9 | 6,7 |
Ölkə xaricindən göndərilən pul | 2,7 | 2,5 |
3 saylı cədvəldən göründüyü kimi ev təsərrüfatlarının tipinə görə gəlirlərdə böyük fərqlər nəzərə çarpmır. Lakin hər bir bökgədə və bölgə daxilində uşaqların xəstəliyi və onun müalicəsi üzrə xərclər nəzərə alınsa bu xərclərin ailə gəlirlərinə xeyli dərəcədə təsir etdiyini görə bilərik. Məsələn, respublikada əlil əhalinin 60% uşaqların payına düşür. 2017-ci ilin 10 ayında respublikada 638 uşaq əlil doğulmuşdur. Bu sahədə dövlətin sosial yardımı olsa da hər halda ailə büdcəsinə təsirsiz ötüşmür. Gələcək ailələr üçün sağlamlıq və mənəvi cəhətdən yaranmış problemlərdən biri də nigaha daxil olacaq cütlüklərin həyat tərzidir. 2017-ci ilin noyabrında tibbi müayinədən keçən 10 mindən (nigaha daxil olacaqlardan) artıq adamdan 422-də siflis, 103-də coid və 38 cütlükdə talasemiya xəstəliyi aşkar edilmişdir.
Məktəbli uşaqların isə başqa problemləri vardır. Indi məktəblilərin 25%-i skalyorz xəstədir. Bu onurğa sütununun əyilməsi ilə bağlıdır. Skalyorz ciddi fəsadlar verə bilər.
Burada ən maraqlı cəhət aylıq gəlirlərin ev təsərrüfatlarının ölçüsündən asılı olaraq xeyli fərqli olmasıdır. Bunu 4-cü cədvəldən görmək olar.
Cədvəl №4. 2015-ci ildə ev təsərrüfatlarının ölçüsünə görə gəlirlər(ayda adambaşına, manatla)
Ev təsərrüfatı ibarətdir: | ||||||
1 nəfərdən | 2 nəfərdən | 3 nəfərdən | 4 nəfərdən | 5 nəfərdən | 6 və çox | |
Gəlirlər – cəmi | 414,8 | 343,6 | 293,5 | 254,9 | 235,3 | 220,3 |
Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı) | 123,4 | 113,1 | 108,7 | 95,9 | 77,6 | 64,0 |
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər | 46,4 | 61,9 | 79,5 | 75,6 | 64,6 | 57,1 |
Kənd təsərrüfatından gəlirlər | 23,3 | 29,6 | 30,3 | 28,4 | 31,6 | 34,4 |
İcarədən gəlirlər | 11,1 | 2,3 | 2,0 | 1,6 | 1,5 | 1,7 |
Əmlakdan gəlirlər | 4,3 | 0,8 | 0,6 | 0,6 | 0,3 | 0,6 |
Alınmış cari transfertlər | 128,2 | 94,3 | 43,4 | 26,4 | 33,6 | 39,0 |
pensiyalar | 122,1 | 87,9 | 37,5 | 19,9 | 27,1 | 33,8 |
müavinət və sosial yardımlar | 4,0 | 3,8 | 3,8 | 4,2 | 4,2 | 3,6 |
naturada sosial transfertlər | 2,1 | 2,6 | 2,1 | 2,3 | 2,3 | 1,6 |
Digər gəlirlər | 78,1 | 41,6 | 29,0 | 26,4 | 26,1 | 23,5 |
digər ailələrdən alınmış gəlirlər | 51,4 | 29,1 | 20,4 | 20,2 | 19,8 | 18,2 |
ölkə xaricindən göndərilən pul | 26,7 | 12,5 | 8,6 | 6,2 | 6,3 | 5,3 |
4 saylı cədvəldən göründüyü kimi burada 220,3 manatdan (6 və ondan çox nəfərdən ibarət olan) 414,8 manata qədər fərq vardır. Ev təsərrüfaitlarının ölçüsünə görə gəlirlərin quruluşunu daha konkret formala ermək olar. Bu ölçü, meyar baxımından yanaşılsa məcmuu gəlirləri əmək haqqından əlavə sahibkarlıq gəlirlərinə, özünüməşğulluqdan gələn gəlirlərə, kənd təsərrüfatından olan gəlirlərə, ticarətdən gələn gəlirlərə, əmlakdan gəlirlərə, alınmış cari transfertlərə, pensiyalara, müavinat və sosial yardımlardan, natural sosial transfertlərə və s. gəlir mənbəilərini ev təsərrüfatlarının konkret ölçüləri üzrə təsnifləşdirmək də olar.
Ailə həyatının təşkilində kişilərlə yanaşı qadınlar da mühüm rol oynayırlar. Müşahidələr, sosioloji tədqiqatlar göstərir ki, qadınlar ailə işlərinə müxtəlif münasibət baxımından üç əsas qrupa ayrılır: a) istehsal, əmək fəaliyyəti meylini əsas götürənlər; b) əmək fəaliyyəti və ailəyə eyni dərəcədə rəğbət bəsləyən, meyl edən; v) əsasən ailəyə meyletmə, işə ailənin mənafeyi baxımından yanaşma.
Burada gənc ailələrin öz xüsusiyyətləri, həyat meyarları vardır. Bazar münasibətləri şəraitində gənclər, gənc ailələr problemi çox kəskin halda qoyulur. Gənc ailələrdə peşəyə bağlılıq, uşağa bağlılıq (az və çox uzaqlılıq), azad vaxtdan (işdən kənar) istifadəyə münasibət və sair müxtəlif olur, bu münasibət ümumi sosioloji mühitlə bahəm gənclərin, gənc ailələrin sosial keyfiyyəti, sosial dəyərlər meyli ilə də əlaqədardır.
Ailənin iqtisadi sosiologiyası sistemində onun iqtisadi, istehsal funksiyası mühüm roly oynayır. Bu məsələ uzunmüddət iqtisadçılar, sosioloqlar və psixoloqlar arasında elmi mübahisə obyektinə çevrilmişdir. Bəzi mütəxəssislər ailənin (qadınların) istehsaldan, əməkdən kənarlaşması, bəziləri isə istehsalla, əməklə bağlılığı zəruriyyətini qəbul edirlər. Bir sıra mütəxəssislərin hesablamalarına görə qadınlar ev işlərini təşkil etmək və uşaqların tərbiyəsi ilə əlaqədar olaraq deyək ki, ayda 70-90 dollarlıq iş görürsə, ayda deyək ki, 50-60 manatlıq işə girmək mənasız görsənə bilər. Bu məsələ keçən əsrin 70-80-cı illərində Çexoslavakiya, Polşa, sonralar isə Sovet iqtisadçıları tərəfindən irəli sürülmüşdü. Lakin bununla yanaşı belə bir şəraitində ehtiyac üzündən qadınlar həm də işləməyə məcbur olurlar.
Ailənin iqtisadi funksiyası baxımından ailə özünə məşğulluğun, ailə podratı və ailə kooperativlərinin də böyük əhəmiyyəti vardır. Bizcə bu təsərrüfat formalarını sözün geniş mənasında ailə təsərrüfatı adlandırmaq olar, bu həm də qeyri-formal iqtisadiyyat növüdür. Lakin bu təsərrüfat növündə də nəinki ailədaxili əmək bölgüsü, həm də təsərrüfatdaxili funksional əmək bölgüsü vardır. Lakin bu təsərrüfat növü haqqında hərtərəfli tədqiq edilmiş informasiya materailları, hətta belə sistemli elmi konsepsiya yoxdur. Ailənin iqtisadi problemlərinin bazar iqtisadi prinsipləri əsasında yenidən qurulması ona mənfi təsir göstərmişdir. Bir çox gənclər ailə qurmağa başlayarkən çox mürəkkəb və dözülməz iqtisadi şəraitlə üzləşirlər. Əhalinin hər adam başına düşən gəlirlərin miqdarındakı böyük fərqlər istehlak məhsullarının (ərzaq və sənaye) faktiki miqdarında da böyük fərqlər əmələ gətirmişdir. Hətta elə ailələr var ki, onların aldığı əmək haqqı yaşayış minimumu üçün lazım olan xərclərin 40-50%-ni təşkil etmir: Rusiyada minimum əmək haqqı alan işçilərin 70%-dən çoxunun maaşı yaşayış minimumundan aşağıdır, bu maaş aylıq yaşayış minimumunu təmin etmir. Ona görə də əmək haqqını səviyyəsi baxımından yanaşılsa belə ailələrin gəlirinin 90-95%-i ancaq qida məhsullarının alınmasına getməlidir.
Cədvəl №5.Əhalinin istehlak xərcləri (faizlə)
İstehlak xərcləri | 2005 | 2010 | 2012 | 2013 | 2014 | 2015 |
Cəmio cümlədən: | 100 | 100 | 100 | 100 | 100 | 100 |
ərzaq məhsullarına | 53,7 | 48,2 | 43,2 | 41,5 | 40,7 | 40,5 |
qeyri-ərzaq məhsullarına | 15,6 | 15,2 | 16,2 | 17,1 | 17,4 | 17,3 |
alkoqollu içkilərə | 0,6 | 0,5 | 0,5 | 0,5 | 0,5 | 0,5 |
xidmətlərə | 30,1 | 36,1 | 40,1 | 40,9 | 41,4 | 41,7 |
Bizim respublikada bütövlükdə əhalinin 2015-ci ildə istehlak xərcləri 5 saylı cədvəldən göründüyü kimi ərzaq məhsulları üzrə 40,5, qeyri-ərzaq məhsulları üzrə 17,3 faiz olmuşdur.
Müasir dövrdə ailənin sosial problemləri, qayğıları və funksiyaları dəfələrlə artmışdır. Müasir şərait, yalnız ailənin iqtisadi yükünü deyil, psixoloji yükünü də artırmışdır, sosial bərabərsizlik ailə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Bu, demoqrafik proseslərə də mənfi təsir göstərir. Əlbəttə, demoqrafik proseslər yalnız maddi vəziyyətlə ölçülmür. Məsələn, İngiltərədə ölüm doğumu qabaqlayır, Amerika uşaqsız ailələrin miqdarı baxımından dünyada birinci yerlərdən birini tutur. Lakin belə halları bərabər şərait daxilində qəbul etmək lazımdır və Azərbaycan şəraitinə mexaniki qaydada tətbiq etmək olmaz. Çünki uzun illərin təgrübəsi göstərir ki, azərbaycanlı ailəsinin maddi həyat şəraitinin yaxşı olması demoqrafik proseslərə (birinci növbədə təbii artıma) müsbət təsir etmişdir, lakin bazar münasibətlərinə keçidlə əlaqədar olaraq yaranmış çətinliklər, qeyri normal vəziyyət üzündən bu pozitiv meyillər azalmağa başlamış, ailədə doğulan bir çox uşaqların sağlamlığı tibbi standartlardan xeyli aşağı olmuşdur.
Ailənin iqtisadi sosiologiyası bapxımından kişilərlə yanaşı qadınların da məşğulluğu mühüm əhəmiyyət kəsb edir. Bu problem müasir dövrdə kəskin forma almamalıdır. Çünki bu hal işsizliyin artması, evdar qadınların məşğulluğuna, gələcək əmək fəallığına mənfi təsir göstərə bilər. Ona görə də məcmuu işçi qüvvəsinə ümumi tələbatın (əsas və əlavə) nisbətən azaldığı bir şəraitdə mövcud demoqrafik xüsusiyyətlərin ailənin iqtisadi vəziyyətinə neqativ təsirini nəzərə almaqla qadınların peşə məşğulluğu probleminə xüsusi diqqət yetirmək lazımdır. Həm də burada qadın əməyinin xüsusiyyətləri və strukturu nəzərə alınmalıdır: onları mümkün qədər ağır və zərərli iş sahələrindən kənarlaşdırmaq lazımdır. Lakin işsizlik problemi bəzən bu vacib cəhəti arxa plana çəkir. Sosioloji tədqiqatlar və elmi mülahizələr göstərir ki, kişi əməyi ilə bağlı olan və habelə mexanikləşdirilməmiş işlərdə çalışan qadınlar arasında patoloji hallar, uşaq itirmə halları daha çox olur. Beləliklə, maddi tələbatın ödənilməsi zərurəti və məcburi əmək motivləri qadınların təbiətinə uyğun gəlməyən əmək fəaliyyəti növləri ilə məşğul olmağa məcbur edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maddi həyat şəraiti ayrı-ayrı yaş qrupları çərçivəsində (xüsusilə gənclər üzrə) ailə qurmanı zaman, illər baxımından uzunmüddətli gələcək dövrə saxlanmasına səbəb olur, ailə xoşbəxtliyinə, əhalinin artmasına mənfi təsir göstərir. Maddi həyat şəraiti həcminin evlənmə-boşanma proseslərinin möhkəmlilik, dəyanətlik səviyyəsinə mənfi təsir göstərir. Boşanma hallarının çoxalması isə maddi şəraitlə yanaşı həm də gənc ər ilə arvadın sosial və psixoloji yetkinlik səviyyəsində olmadıqları, real şəraiti lazımı dərəcədə qiymətləndirə bilməmələri səbəbindən də irəli gəlir.
Gender tipli əmək bölgüsü qadınların gəlirinə, əmək fəaliyyətinə mühüm təsir göstərir. İndiki şəraitdə göstərdiyimiz kimi bir çox qadınların məşğulluq variantları məhdud xarakter daşıyır, əmək bölgüsü, ailə və əmək bazarı bir-birinə zidd istiqamətdə formalaşır. Burada gender tipli əmək bölgüsü, gender mədəniyyəti və gender sistemi (ev təsərrüfatı, qadın əmək bazarı, dövlət tədbirləri) rasional qaydada əlaqələndirilməlidir. Burada ailə biznesi, özünü məşğulluq, ev iqtisadiyyatı çərçivəsində əmək bölgüsü, bir sözlə, ailə iqtisadiyyatı modeli mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar qadınların ailəyə qayıdışı daha aydın hiss olunur. Bunun mühüm səbəblərindən biri bazar iqtisadi sisteminin deformasiyası, əmək bazarındakı qaydasızlıq, gender sosial harmoniyasızlıq, bu sahələrdə stabillyin olmaması, gender, qadın statusunun lazım dərəcədə qiymətləndirilməməsi ilə bağlıdır. Bu, özünü bir qayda olaraq aşağıdakı istifqamətlərdə göstərə bilər: Qadınların özünü təsdiqinin reallaşmaması ilə meydana çıxan bəzi problemlərdə; Qadınların yeni məşğulluq sferalarına ilkin və təkrar uyğunlaşmasındakı problemlərdə; Yeni şəraitdə yüksək peşə-ixtisaslı qadınların ənənəvi əməyindən, iş qüvvəsindən imtina edilməsi; İqtisadi fəal əhali içərisində qadınların xüsusi çəkisinin azalmasındada; Əməyi yüksək haqla ödənilən sahələrdə, idarə orqanlarında qadınların məşğulluğunun xüsusi çəkisinin azalmasında; İqtisadiyyatın inkişaf etməkdə olan sahələrində, sektorunda daha çox kişi əməyinin tələb etməsilə əlaqədar olaraq qadınların məşğulluğunun mütləq və nisbi həcmdə azalmasında, onların əməyi daha aşağı səviyyədə ödənilən sahələrə keçirilməsində; Uzunmüddətli işsizlər içərisində qadınların (xüsusilə çox uşaqlı anaların) xüsusi çəkisinin artmasında, onların işlə təmin olunması gedişində meydana çıxan problemlərdə və s.
Ailə büdcəsinin gəlirinin artmasında və bu sahədə stabilliyin təmin edilməsində inflyasiya ilə gəlirlər arasında optimallığın qoyulması müasir dövrün ən başlıca iqtisadi problemlərindən biridir. Çünkü inflyasiyanın mövcudluğu makroiqtisadi tarazlığı, gəlirlərin qeyri bərabər bölüşdürüləmsinə, ailə istehlakına (xüsusilə çox ölçülü ailələrin) real xərclərin artmasına, onların həyat səviyyəsinə neqativ halda təsir edər. Nəticədə sosial gərginlik baxımında müəyyən təhlükə yarana bilər, əldə edilən gəlirlər, qazanclar inflyasiya hesabına dəyərdən düşə bilər. Qeyd etmək lazımdır ki, keçən ilin 11 ayında respublikada inflyasiya orta hesabla 13,4%, ərzaq məhsulları üzrə daha çox – 17,1% artmışdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, inflyasiya ilə devalvasiya paralel getdikdə bunun nəticələri daha gərgin ola bilər. Bu pensiyaçılar, minimum əmək haqqı alanlar, bir sözlə az təminatlılar üçün daha pis nəticələrə səbəb olar. Ona görə də qiymətlərlə inflyasiya arasındakı normal nisbətin saxlanılması respublika hökumətinin diqqət mərkəzindədir və bu səbəbdən əhalini inflyasiya fəsadlarından qorumağa çalışır. Bu problemi həm də sosial rifah problemləri ilə əlaqələndirir. Bununla əlaqədar olaraq 2018-ci ildə dövlət büdcəsindən sosial təminat və sosial müdafiə üçün dövlət 3 milyard 578 milyon 760 min manat vəsait ayrılmışdır. Bu vəsaitin 98 faizi, yəni 3,5 milyarda bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır. Bundan başqa, «İşsizlikdən sığorta fondu» yaranıb və bu fondun 2018-ci il üçün büdcəsi təsdiq edilibdir. Əmək qabiliyyətli əhalinin iş yerləri ilə təmin edilməsi, məşğulluq xidmətinin fəaliyyətinin yaxşılaşdırılması, sosial evlərin tikilməsi sahəsində xeyli işlərin görülməsi nəzərdə tutulmuşdur. Bundan, başqa minimum əmək haqqının və yaşayış minimumunun artırılması nəzərdə tutulmuşdur. Prezidentin sərəncamı ilə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2018-ci il üçün aşağıdakı həcmdə müəyyən edilmişdir:
Ölkə üzrə - 173 manat
Əmək qabiliyyətli əhali üçün – 183 manat
Pensiyaçılar üçün – 144 manat
Uşaqlar üçün – 154 manat
Bu il üçün ünvanlı dövlət sosial yardımını təmin etmək üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təyin edilmişdir. Bu qayda əsasən MDB ölkələri çərçivəsində müəyyən edilmişdir. Bir çox xarici ölkələrdə yaşayış minimumu minimum əmək haqqı, minimum istehlak büdcəsi və ya minimum istehlak zəmbili formasında müəyyən edilir. İndi ən başlıca vəzifə, problem minimum əmək haqqını, pensiyanı, davamlı yaşayış meyarına çatdırılmaqdan ibarətdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi,
keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü,
“Qızıl qələm” mükafatçısı T.Ə. Quliyev
[1] Вопросы философии, 2010/10, səh. 29
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.