Menu

MİNİMUM ƏMƏKHAQQI ARTIRILDI - Əmək pensiyasının minimum məbləği də qaldırıldı (SƏRƏNCAM)

23.12.2024, 20:41
MİNİMUM ƏMƏKHAQQI ARTIRILDI - Əmək pensiyasının minimum məbləği də qaldırıldı (SƏRƏNCAM)

Azərbaycanda minimum əməkhaqqı, əmək pensiyasının minimum məbləği artırılıb.

Bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Şərhlər

ƏNHU 2024-12-23 23:09:34

320 manat alan vətəndaş taksiyə minməməli, əyninə palto almamalı, toya getməməli, yasda iştirak etməməli, ad günləri və hər cür şənlikdən imtina etməli, kurort haqqında, müalicə haqqında düşünməməli, nəvəsinə hədiyyə almamalı, qonşusuna bir çörək belə verməməlidir. O ancaq yemək yeməli və çarpayıda uzanıb tavana tamaşa etməlidir. Ey insana bunu rəva görən ALLAH səni bildiyi kimi etsin.

asif 2024-12-23 21:38:05

biabirciliqdir).2025 ci il.london qiymetine dukan bazar 200 dollar emekhaqqi))).

Fərahim 2024-12-23 18:10:51

320 manata bir ay yaşamaq ümkündürmü?Əgər mümkün detilsə bu rəqəmin mənası nədir?Bəllidir ki, 320 manata bir nəfərin kommunal,ərzaq,səhiyyə.igər normativ ehtiyacların ödənilmısi mümkünsüzdür.Bunu bilərəkdən belə rəqəmlərlə manipulyasiya etməyin mənası qaranlıq deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol