Menu

"Bu, necə ola bilər?" - MM sədrinin müavini

07.05.2018, 18:42
"Bu, necə ola bilər?" - MM sədrinin müavini

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh əldə edilsə, bunun iqtisadi faydalarının nədən ibarət olacağı ilə bağlı bu sualın cavablandırılmasını istəyərdim”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib.

H. Hautala Azərbaycanda neft-qaz dönəmindən sonra bərpa edilən enerji mənbələri ilə bağlı planın olub-olmaması ilə də maraqlanıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə deyib ki, sovet dövründə Dağlıq Qarabağda yaşayan əhalinin sosial vəziyyəti Azərbaycanın digər bölgələrində yaşayan insanların və Ermənistan əhalisinin vəziyyətindən yaxşı olub: “Əgər bu gün Dağlıq Qarabağ əhalisi Azərbaycana qarşı çıxmasaydı, həyat səviyyələri bundan yüksək olardı. Bir məqamı da qeyd edim. Dağlıq Qarabağ adlı oyuncaq qurumun seçki komissiyası elan etmişdi ki, 41 min seçici var. Ancaq sonra elan edilib ki, 44 min hərbçinin iştirakı ilə hərbi təlim keçirilir. Bu, necə ola bilər?”.

V. Ələsgərov qeyd edib ki, postsovet məkanında mövcud münaqişələrdə böyük oyunçular var: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri niyə yaranıb? Bu münaqişələr ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı və digər qurumlarla yaxınlaşa bilməsin. Bu münaqişələrlə Gürcüstanı, Ukraynanı Avropa İttifaqına qəbul edə bilərlər?”.

Şərhlər

aysberq 2018-05-07 18:42:07

Cənabi-deputat o sualı, Avropalıya yox şimaldakı böyük gərdəşinizə verin, əgər verə bilirsinizsə??

Cəlilabadlı 2018-05-07 18:42:07

Görün deputatlarımız nə qədər mətbuatdan,həyatdan uzaq düşüblər Azərbaycand adi fəhlə də bilir ki, Qarabağda Ermənistan ordusunun xeyli sayda hərbçisi var,bu deputat,Milli Məclisin spikerinin müavini bilmir.Hələ sual verir. Bu dəhşət deyilmi? Bunlar bizi hara aparır? Biri saytlarda boş kitab yazır, digəri pensiyaçıların çörəyi ilə oynayır,digəri tapılmayan şeyi axtarır,o bir yaltaqlıq üzrə dünya çempionudur, hələ bir yüksək vəzifədə oturub. Belələri ilə bu ölkə hara gedir?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol