Menu

Şirkət işçisini vurub 70 min aparanlardan biri də tutuldu

16.05.2018, 10:48
Şirkət işçisini vurub 70 min aparanlardan biri də tutuldu

Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də saxlanılıb.

DİN-dən verilən məlumata götə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol