Menu

«NATO taborlarını gücləndirin!» - Baltik ölkələri ABŞ-dan xahiş edirlər...

18.05.2018, 10:40

nato_soldiers_091113«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri - Linas Linkyaviçyus, Edqars Rinkevts və Sven Mikser bu ölkələrdə dislokasiya olunmuş NATO taborlarının gücləndirilməsi xahişi ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) müraciət ediblər. Xəbəri cümə axşamı «LRT» telekanalı yayıb.

«Baltik ölkələri xarici işlər nazirləri bu ölkələrdə dislokasiya olunmuş NATO taborlanını gücləndirməyi ABŞ-dan xahiş edirlər» - telekanal qeyd edir. Kanalın məlumatına görə, üç nazirin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Baltonla görüşündən sonra, bu barədə Linkyaviçyus xəbər verib.

Baltik ölkələri xarici işlər nazirləri NATO-nun gözlənilən sammitindən əvvəl bu ölkələrin hava hücumundan müdafiəsinə daha çox diqqət yetirməyi ABŞ-dan xahiş ediblər.

2016-cı ilin iyulunda NATO-nun Varşavada keçirilmiş sammitində Litva, Latviya, Estoniya və Polşanın hər birində bir beynəlxalq NATO taborunun yerləşdirilməsi barədə qərar qəbul olunub. Taborların formalaşdırılmasını Britaniya, Almaniya, Kanada və ABŞ öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol