Menu

«Trampın siyasəti Avropa İttifaqını təhdid edir» - Kurts

18.05.2018, 12:00
«Trampın siyasəti Avropa İttifaqını təhdid edir»  - Kurts

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstriyanın kansleri Sebastyan Kurts Amerika Birləşmiş Ştatlarının (ABŞ) proqnoza gəlməyən siyasətini və Prezident Donald Trampın Avropanın və Avstriyanın iqtisadi maraqlarını təhdid edən son qərarlarını tənqid atəşinə tutub.

«Biz, hazırda nəinki ABŞ-ın proqnoza gəlməz siyasətini müşahidə edirik, həm də o siyasəti ki, sadəcə, bizim Avstriyadakı və Avropadakı maraqlarımızı təhdid edir» - Kurtsun «Tvitter»ində yaydığı səhifəsində belə deyilir.

ABŞ bundan əvvəl İranın nüvə proqramı barədə bağlanmış Birgə hərtərəfli fəaliyyət planı (BHFP) adlanan sazişdən çıxdığını elan edib və bununla birlikdə Tehrana qarşı sanksiyaları, o cümlədən ikincili, başqa sözlə, İranla ticarət aparan digər ölkələrə qarşı sanksiyaları bərpa edib. Bundan əvvəl BHFP çərçivəsində həmin sanksiyaların fəaliyyəti dayandırılmışdı.

«Biz, 21-ci əsrdə yaşayırıq və yeni ticarət maneələrində maraqlı deyilik. Avstriya ixrac ölkəsidir, hər 9 avrodan 6-sını xaricdə qazanırıq. Odur ki, Avstriya və Avropaya normal qaydada tənzimlənən ixrac lazımdır, heç bir yeni ticarət maneələri lazım deyil və aydındır ki, İranvın nüvə proqramı üzrə bağlanmış sazişə əməl olunmaq şərti ilə...» - deyə, Kurts qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol