Menu

“O cür adam necə Milli Məclisin deputatı olub?!” - “Qəmlo” ləqəbli keçmiş döyüşçü

18.05.2018, 12:50
“O cür adam necə Milli Məclisin deputatı olub?!” - “Qəmlo” ləqəbli keçmiş döyüşçü

“General rütbəsi daşıyan birisinin söyüşlərdən istifadə etməsi təəssüf doğurur. O cür adam necə Milli Məclisə deputatı olub?! Salyan camaatına böyük hörmətim var, amma jurnalistə qarşı tərbiyəsiz ifadə işlədən birisini necə deputat seçiblər?! Bunu anlaya bilmirəm”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsinin sədri, “Qəmlo” ləqəbi ilə tanınmış Şahin Ağayev Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynovun Ordumuzu və jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Şahin Ağayevin sözlərinə görə, Əliağa Hüseynov heç vaxt Milli Ordunun tərkibində xidmət keçməyib:

“Əliağa Hüseynov Sovetin dövründə general olub. Sovet rejiminə xidmət edən birisi kimi tanınır. Onun içində Milli Orduya sevgi olmayıb. Sonra müstəqillik illərində hansısa yollarla özünə yer edib, vəzifə qazanıb. Bu cür birisini insanlar arasına çıxartmaq belə doğru deyil. O sovet dövründə və müstəqilliyin ilk illərində Hərbi komissarlıqlarda çalışıb, amma heç vaxt Milli Orduya bağlılığı olmayıb. Biz o cür insanlara “qərargah...” deyirdik”.

Qeyd edək ki, Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.

Deputat Əliağa Hüseynov Modern.az-ın ona zəng edən müxbirinin sualını dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:

“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.

Əliağa Hüseyniv 1972-ci ildən 1997-ci ilə qədər Azərbaycanın müxtəlif rayonlarının hərbi komissarı işləyib. 1998-2009-cu illərdə Azərbaycan Respublikasının hərbi komissarı olub. 2009-2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2010-cu ilin noyabr ayından bu günə kimi Milli Məclisin deputatıdır.

Şərhlər

Das 2018-05-18 12:50:30

Şərhləri niyə vermirsiz??? Sizə sərf eləmir bu... haqqında yazılan şərhlər!!! ??? Yəqin ya yerlisi ya da qohumusuz .... ya da sizin saytı maliyyələsirənlərdən biridir bu ... Cənab prezident mütləq reaksiya verəcək. Mən buna inanıram. Ordu onun həssas nöqtəsidir, mütləq cəzalandıracaq. Sonra da bu .... üzr istəyirəm, məni bağışlayın. ........

Das 2018-05-18 12:50:30

Hörmətli döyüşçü qardaşım, bu məsələ ilə o.... bütün hamımızı, Azərbaycan Ordusunu təhqir edib!!! Ali Baş Komandan reaksiya verməsə, onda dizimizi qucaqlayıb ağlamaqdan başqa yolumuz yoxdur!!!!!

Das 2018-05-18 12:50:30

Hörmətli qardaşlar! Cəzasızlıq mühitidir! Ona görə də bu adami yığdığı pullar belə ..... Ona general rütbəsini mən verməmişəm ki??? Hansı xidmətlərinə görə generaldi bu ......??? Mən şəxsən cənab prezidentdən reaksiya gozləyirəm!!!!!!
.....

SAKERİ 2018-05-18 12:50:30

Ay Şahin qaqa!Siz elə bil uzaq Afrikada yaşayırsınız.Ə kişi əlin cibində olsa, hər cür vəzifə,var-dövlət sahibi ola bilərsən.Məgər bunu gərk etmək üçün baş lazımdır.Elə ayaqla da bunları dərk etmək olar

ayzek 2018-05-18 12:50:30

əsl antimilli ünsür budur.amma heç kim rəsmi şəkildə bu faktı dilə gətirmir.

Laçından KərkiCahana 2018-05-18 12:50:30

Bəs, bu Əliaga Hüseуnovu afişa edən milli media qəhrəmanуanların adları niуə açıqlanmır ki, heç olmazsa onları тanıуanlar Laçın günü əl-ələ versinlər. ....

t.ədalət 2018-05-18 12:50:30

Hörmətli Şahin Ağayev,Sizə deyim ki,indiki Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə departamentin rəisi,general-leytenant Arzu Rəhimovla müqayisədə Əliağa Hüseynov üzü bəridir.Arzu Rəhimov müharibə əlilləri və veteranlarını heç kabinetinin qapısına buraxmır.Adətən...... qapısı bağlı olur ki, "əli cibində olmayanlar" içəri keçə bilməsinlər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol