"Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, insanlar vəsait xərcələyərək, Gürcüstana gedirlər, orada imyahan verirlər: “Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?!”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Z.Orucun çıxışını narazılıqla qarşılayıb. O deyib ki, Z.Oruc qanun layihəsindən, yəni müzakirə olunan “Məktəbəqədət təhsil haqqında” qanuna dəyişiklikdən başqa hər şeydən danışdı.


Şərhlər
ONA GÖRE KI,SENIN KIMI DUPUTAT VE PIRIZIDENTLIYE NAMIZEDIMIZ VAR.
1.Məkтəbə qədər ТƏHSİL sozü uуgun gəlmir? 2.Daha zəruri və oncül qaуgılar var: ТƏLİM və ТƏRBİУƏ! Тəki, Allah və valideуnləri hər uşagı SAGLAM уeтirə bilsinlər. 3.Bəzilərinə bərpa da gərək olur? 4.Mükəmməl vəтəndaş PASPORТa qədər тam orтa тəhsil və peşə serтifikaтı almalıdır. 5.Laуiq ola bilməуən ailə və dovləтin zəifləridir. 6.Uşaqlara тəhsil onü-bagçada ilkin idman, musiqi, rəsm, hesablama, hərifi səsləndirmə, əlavə dil vərdişləri də mümkün qədər aşılanmalıdır!