Menu

"Həmas" liderinin oğlu öldürüldü

20.07.2014, 10:07
"Həmas" liderinin oğlu öldürüldü

Qəzzada "Həmas" hərəkatının aparıcı şəxslərindən birinin oğlu öldürülüb.

Ötən gecə uşaq qatilləri olan İsrail ordusunun artilleriya atəşi nəticəsində "Həmas"ın siyasi bürosunun üzvlərindən biri Xəlil əl-Hayın oğlu ölüb.

ANS PRESS-in məlumatına görə, intensiv artilleriya atəşi nəticəsində 4 nəfər də ölüb. Onlardan 2-nin uşaq olduğu bildirilir.

Qeyd edək ki, son iki gündə İsrail ordusunun hücumları zamanı 110-dan çox fələstinli ölüb. Qəzzada hərbi əməliyyatlar12 gündür ki, davam edir. Bu müddət ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə yaralanıb.

İsrail tərəfdən isə 3 əsgərin öldüyü, 5-nin yaralandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol