Menu

ABŞ Maduronun qələbəsini qeyri-qanuni sayır

22.05.2018, 09:50

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in CaracasABŞ Venesuelada keçirilmiş prezident seçkilərini saxta, onun nəticələrini isə qeyri-qanuni hesab edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ölkənin vitse-prezidenti Mayk Pens deyib.

"Venesuelada seçkilər saxta, ədalətsiz və azad olmayan şəkildə keçirilib. Bu saxta seçkilərin nəticələri qeyri-qanunidir və Venesuelada demokratiya ənənələrini daha da məhv edir", - deyə vitse-prezidentin Ağ ev tərəfindən yayılan bəyanatında bildirilir.

Venesuelada prezident seçkiləri nəticəsində hazırkı ölkə lideri Nikolas Maduro 5,8 milyon səslə (təqribən 68%) qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol