Menu

Azyaşlıya kəbin kəsən şəxslər cinayət məsuliyyətinə cəlb olunub

23.05.2018, 12:56
Azyaşlıya kəbin kəsən şəxslər cinayət məsuliyyətinə cəlb olunub

“Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O qeyd edib ki, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var: “Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol