Menu

Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışı asanlaşır

24.05.2018, 11:30
Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışı asanlaşır

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır.

Trend-in məlumatına görə, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Azərbaycanın bir sıra bankları və bank olmayan kredit təşkilatları arasında niyyət protokolları imzalanıb.

Sənədləri Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Kapital Bank, Turan Bank, Rabitəbank, "Aqrarkredit" QSC, "Finoko" ASC və "Finans İnvest" ASC-nin nümayəndələri imzalayıblar.

İmzalanma mərasimində Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri də iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol