Menu

«Tərəfləri dialoqu davam etdirməyə çağıram...» - BMT Baş katibi

25.05.2018, 12:51
«Tərəfləri dialoqu davam etdirməyə çağıram...» - BMT Baş katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Amerika Birləşmiş Ştatları və Koreya Xalq Demokratik Respublikası (ABŞ və KXDR) arasında Sinqapurda iyunun 12-də keçirilməli olan sammitin ləğv olunmasından narahatlıq keçirdiyini dilə gətirib.

«Mən, ABŞ və KXDR liderlərinin Sinqapurda keçirilməsi planlaşdırılmış sammitinin ləğv olunmasından narahatam. Mən, tərəfləri dialoqu davam etdirməyə, Koreya yarımadasında sülhə və tam denuklerizisasiyaya nail olmaq üçün yollar aramağa çağırıram» - deyə, Quterreş cümə axşamı Cenevrə Universitetinin tələbələri qarşısındakı çıxışı zamanı bəyan edib.

Bundan əvvəl, Tramp Kim Çen Ina məktub göndərərək, iyunun 12-də Sinqapurda keçirilməli olan sammitdən imtina etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol