Menu

Riçard Almeyda Azərbaycan milli komandasının heyətindən çıxarılıb

26.05.2018, 15:14
Riçard Almeyda Azərbaycan milli komandasının heyətindən çıxarılıb

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma saat 20:00-da başlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol