Menu

Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb

26.05.2018, 17:51
Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının aytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

28 may (bazar ertəsi)

Azərbaycan Kubokunun finalı

“Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi : Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu, 20:00

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol