Menu

Bu gün Bakıda AXC-nin 100 illiyinə həsr olunan konsert keçiriləcək

28.05.2018, 15:58
Bu gün Bakıda AXC-nin 100 illiyinə həsr olunan konsert keçiriləcək

Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.

Heydər Əliyev Fondundan "Report"a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.

Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq.

Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol