"Amerikanın səsi"nə müsahibə verən Rəsulzadə SSRİ-nin Stalindən sonrakı dövrünü təhlil edib
ANS Şrkətlər Qrupunun rəhbəri Vahid Mustafayev cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadənin indiyə kimi heç yerdə səsləndirilməyən audioyazısını yayımlayıb. "AzPolitika.info"nun məlumatına görə, V.Mustafayev "Haqqın.az"a deyib ki, ötən ilin sonunda bir sıra xarici KİV-lərə müraciərt edərək, M.Ə.Rəsulzadəyə aid foto, səs yazısı və digər materiaları təqdim etmələrini xahiş ediblər.
Nəticədə "Amerikanın səsi"nin arxivində Rəsulzadənin 1953-cü ildə verdiyi müsahibənin audioyazısı aşkarlanıb. Bu materialın təmənnasız olaraq, onlara verildiyini deyən şirkət rəhbəri bildirib ki, audioyazı çox pis vəziyyətdə olsa da, onu bərpa etmək mümkün olub. V.Mustafayevin dediyinə görə, onun bərpası 3 ay vaxt aparıb.
Rəsulzadənin "Amerikanın səsi"nə verdiyi sözügedən müsahibə əsasən iki hissədən ibarətdir. Birinci hissə Azərbaycan Demokratik Respublikasının fəaliyyəti, digəri isə SSRİ-nin Stalinin ölümündən sonrakı dövrünün təhlili ilə bağlıdır.
Sözsüz ki, bu nadir tapıntı cümhuriyyət tarixi üçün olduqca əhəmiyyətli materialdır. Ancaq məsələnin təəssüf doğuran tərəfi odur ki, indiyə kimi cümhuriyyətimizin irsini araşdırmalı olan müvafiq qurumlar tərəfindən bu materiallarla bağlı hər hansı xarici dövlət, yaxud KİV-lərə heç bir müraciət edilməyib...
AzPolitika.info


Şərhlər
ALLAH SIZDEN RAI OLSUN VAHID BEY
ALLAH REHMET ETSIN.AMIN.ALLAH SIZDEN DE RAZI OLSUN HÖRMETLI AZ.POLITIKACHILAR.SÜKANI BELE SAXLA.