Menu

"Coca-Cola" spirtli içkilər istehsal etməyə başlayıb

28.05.2018, 18:29

coca colaLemon-Do adlı spirtli içki istehsalına başlayan Coca-Cola öz tarixində ilkə imza atıb. "AzPolitika.info" xarici KİV-lərə istinadən bildirir ki, ilk dəfə spirtli içki istehsal etməyə başlayan şirkət öz yeni məhsulunu Yaponiya bazarında sınaqdan çıxarıb. Heç vaxt spirtli içki satmayan Coca-Cola Yaponiyanın alkoqol həvəskarlarına 3 adda məhsul təqdim edib. Əsasən kokteyllər formasında olan bu içkilər 3, 5 və 7 faiz spirtə malikdirlər. Təqribən 1.4 dollara olan bu kokteyllərin hələ ki, Yaponiyadan kənarda satışı nəzərdə tutulmur.

Şirkətin təmsilçisi mətbuata içkinin tərkibini açıqlamaqdan boyub qaçırıb. Mütəxəssislər isə bu içkilərin istehsalının Coca-Colanın dünya alkoqol bazarına atdığı ilk addım hesab edirlər. Güman olunur ki, tezliklə şirkət daha çeşidli spirtli içkilər istehsalına başlayacaq və onun əsas hədəfi ABŞ bazarıdır. Bundan az öncə isə şirkət öz məhsullarındakı şəkərin miqdarına görə ciddi sıxıntılar keçirməyə başlayıb. Belə ki, KİV-lər ABŞ və digər aparıcı ölkələrdə Coca-Cola məhsullarının satışının azaldığını bildirərək, bunu həmin içkilərdəki şəkərin miqdarının çox olması ilə əlaqələndirib. Buna cavab olaraq, şirkət alıcılarını itirməmək üçün 500-ə qədər məhsul növündə şəkərin miqdarını əhəmiyyətli dərəcədə azaltdığını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol