Menu

"Mundialın favoriti deyilik" - Messi

29.05.2018, 00:53
"Mundialın favoriti deyilik" - Messi

"Barselona"nın futbolçusu Lionel Messi şərəfini qoruduğu Argentina millisini DÇ-2018-də favorit hesab etmir.

Qol.az-ın məlumatına görə, bu barədə o, ölkəsinin "Kanal 13" telekanalına açıqlamasında deyib:

"Biz Rusiyaya favorit kimi getmirik. Amma yaxşı oyunçularmız var ki, onlar mundialda vuruşacaqlar. Argentinanın dünya çempionu ola biləcəyina inanıram. Amma planetin ən yaxşı komandası olduğumuzu iddia etməməliyik. Çünki bizdən güclü bir neçə komanda var".

Qeyd edək ki, Argentina DÇ-2018-də İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol