Menu

ABŞ-ın dövlət katibi KXDR-in emissarı ilə görüşəcək - Nyu-Yorkda

29.05.2018, 20:56
ABŞ-ın dövlət katibi KXDR-in emissarı ilə görüşəcək - Nyu-Yorkda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Nyu-Yorkda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın emissarı Kim Yon Çxolla görüşəcək. Bu barədə Ağ Evin yaydığı bəyanatda söhbət açılır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, KXDR emissarı, Koreya Əmək Partiyasının sədr müavini Kim Yon Çxol Nyu-Yorka yola düşür. O da xəbər verilib ki, Kim Yon Çxol Pekinə gəlib və tezliklə oradan sammit barədə danışıqlar aparmaq məqsədilə, Nyu-Yorka yola düşəcək.

«Mərkəzi komitənin sədr müavini Kim Yon Çxol Nyu-Yorka yola düşür və bu həftədən gec olmayaraq, dövlət katibi Mayk Pompeo ilə görüşəcək» - Ağ Evin mətbuat katibi Sara Sandersin dərc etdirdiyi bəyanatda belə deyilir.

Ötən həftə Donald Tramp KXDR ilə danışıqların ləğv olunduğunu elan etmişdi, amma artıq növbəti gün bəyan etdi ki, onun ölkəsi Şimali Koreya ilə məhsuldar danışıqlar aparır. O, həm də bildirdi ki, sammit planlaşdırıldığı kimi, iyunun 12-də Sinqapurda baş tuta bilər.

Bundan sonra, Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ke Qvan xəbər verdi ki, KXDR ABŞ-la istənilən vaxt və istənilən formatda sammit keçirməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol