Menu

Tehranda təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

29.05.2018, 21:55
Tehranda təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. APA-nın Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.

Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol