Menu

Rusiya öz hərbçilərini Baykonurdan çıxara bilər - "Bu istiqamətdə işlər görülür"

31.05.2018, 00:12
Rusiya öz hərbçilərini Baykonurdan çıxara bilər  - "Bu istiqamətdə işlər görülür"

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Qazaxıstanın müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov çərşənbə axşamı jurnalistlərə bildirib ki, hərbçilərin Baykonurdan çıxarılması barədə hələlik Qazaxıstan və Rusiya arasında danışıqlar keçirilməyib.

«Gerçəkdən, Baykonurdan hərbçilərin tamamilə çıxarılması məsələsinə Rusiyada baxılır, amma hələlik biz, konkret ikitərəfli danışıqlar aparmamışıq. Ancaq bu istiqamətdə işlər görülür. Bunun da öz müsbət tərəfləri var - o zaman açıq kosmik layihələrin cəlb edilməsi mümkün ola biləcək» - nazir bildirib.

Atamkulov qeyd edib ki, hazırda «dünyada 1000-dən artıq peyk məhz atış xidməti gözləyir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol