Beş Xəzəryani ölkələrin də Xəzər dənizinin çirklənməsində payı var.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.
Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirici axar Volqa çayıdır: "Xəzər dənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük dənizi çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər".
Nazirlik rəsmisi deyib ki, Xəzər dənizi yalnız qeyd olunan mənbələrlə çirklənməyə məruz qalmır: "Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir".
M.Qəmbərov bildirib ki, Xəzər dənizinin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün nazirlik tərəfindən su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarəolunması istiqamətində tədbirlər görülür.
M.Qəmbərov əlavə edib ki, "Azərsu" ASC tərəfindən Bakı şəhərinin və ətraf ərazilərində Xəzər dənizinin sahil zolağında tam standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə işlənib başa çatdırılır: "Bu layihənin icrası başa çatdıqdan sonra tullantı sularının cüzi hissəsi də dənizin üzünü görməyəcək. Bununla yanaşı, yağış sularının idarə olunması üçün kollektor sisteminin qurulması həmin layihənin tərkib hissəsidir".


Şərhlər
endirilir. Təəssüf olsun ki, Xəzərdə hər balıq başına bir nəzarətçi orqan yaradılsa da (ETSN,QTA və s.) vəziyyət getdikcə pisləşir. Görəsən zəhərli və keyfiyyətsiz qidalar Azərbaycan gömrüyündən necə keçir? Niyə adicə İranda, Rusiyada və s. satışı qadağan olunan ərzaqlar burada rahat satılır? Gəlin Cəlilabad rayonunun Göytəpə şəhərində olan mağaşa və satış məntəqələrinə baxın: Un ilə zəhərli herbisid bir yerdə saxlanılır və satılır. Bəs buna kim nəzarət edir? Hamısı "haqqını" alır və cəzasızlıq baş alıb ge
Allah Sizə rəhmət eləsin Qasım Gül! Bu alim Xəzərdən neft çıxarılmasının əleyhinə olub. Hələ Sovet dövründə deyirdi: Biz Xəzərdən neft çıxarmağı dayandırmalıyıq. Xəzərdə nərə balığının artırılması işləri aparılmalıdır. Bu balıqların gətirdiyi gəlir neft gəlirlərindən dəfələrlə artıq olacaq.780 kilimetr dənizlə sərhədi olan ölkənin əhalisi nərə balığına və onun kürüsünə həsrətdir.(bu məmurlara aid deyil). Dükanlarda Çindən gətirilmiş süni kürülər satılır. Azərbaycan xalqının genofonduna güclü zərbələr
Xəzər dənizinin flora və faunasını Rusiya məhv edir.Rusiya tərəfindən dənizdə ard-arda keçirilən hərbi təlimlər,Suriya ərazisinə atılan raketlər ekologiyaya çox böyük ziyan vurdu.Rusiya hərbi dəniz qüvvələrinin Dağıstan ərazisində gücləndirilməsi gələcəkdə Xəzəri ölü dənizə çevirəcək.