Menu

Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var

01.06.2018, 22:32
Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.

APA-nın TASS agentliyinə istinadla verdiyi xəbərə görə, azı 100 fələstinli yaralanıb, onlardan 40-a yaxını güllə yarası alıb.

Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol