Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.Belə ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.Ancaq bu artım butun mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildiriblər.
Alıcılar isə yumurtanın qiymətindəki artımın olduca böyük olduğundan şikayətlənirlər.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalcılar yumurtanın qiymətini eyni həcmdə qaldırmağa məcbur olublar. (xezerxeber.az)

Şərhlər
Bu hele harasidi? Bashlangicdi......yazix camaat neler gorecek inam kerimovun fealiyyeti dovrunde
Hörmətli yurddaşlar,məmləkətimizdə son illərdə ucuzlaşan vətəndaşlarımızın dəyəri,qədri və qiymətidir ki,günbəgün sürətlə üzü aşağı gedir.
Hormetli inam muellim.deyesen xoruz ve toyuqlar sizden kusubler. Gerek quzu yerine onlari qucaxliyib shekil cekdirerdiz.bu bahalashma qisqancliq zemninde bash verib....
Cox kecmez ASANcilar sevindirer bu milleti,narahat olmayin.hele bashlari kadr deyishmeye qarishib......