Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.
"APA-Economics"in məlumatına görə, Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.
Bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.
Qeyd edək ki, F.Talıbovdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev olub.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim
Vətəndaşlar öz problemlərini nazirliyə yazırlar və məcbur qalıb mətbuata çıxarlar.Çox təəssüf olsun ki, bu mürəciətlərə nazirliyin azğın məmurlar adam balsı kimi baxmırlar. Qaldırılan suallara cavab almadıqda onlar Prezident Administrasiyasına yazırlar. Bu axı nazirin vəzifəsidir.Bu sahədə mətbuat katibinin böyük rolu olmalıdır. Hörmətli Fazil Talıbov cənabları ən azı bu saytda yazilan fikirləri nazirə təqdim etməlidir.Hamı bilir ki,Səlim Müslümov nazirliyi yan üstə qoyub. Yeri gəlmişkən onu da deyim ki, mən S.Müslümova 1.5 ildə çox vaxtda,yeni nazirə 23.04.2018-ci tarixində məktub şikayət yazmışam heç bir xəbər yoxdur.Bununla onlar məğrur camaatımızı sındırmaq istəyirlər. Bununla ölkədə vətəndaşlarıni Dövlətimizə və onun rəhbərliyinə qarşı qaldırmaq istəyirlər.
Təəssüf,min təəssüf Əmək və əhalinin sosial müd.nazirliyi də antivətənpərvərlik mövqeyi tutdu.Müharibə vəziyyətində olan ölkələrdə,adətən döyüşlərdə iştirak edənlər irəli çəkilir,etimada layiq görülür.Bizdə hələ də işə götürülən ziyalılar arasında rusca danışanlar və müharibədən yayınanlara üstünlük verilir.Bu da ondan irəli gəlir ki,nazirlər vətənpərvərliyə görə deyil başqa əqidələrinə görə təyinat alırlar.