"Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir".
"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini sərnişindaşıma zamanı kassadan alınan biletlə, sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olmasına da aydınlıq gətirib. O, bunun individual yanaşma olduğunu diqqətə çatdırıb: "Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu bütün daşıyıcılara şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".
Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub.


Şərhlər
Cənab Prezident,məmurların vətəndaşlara olan mənfi münasibətdən təfsilatı ilə məlumatınız yoxdur. Əgər olseydi,tam əminiklə deyə bilərəm ki,Sizin cəmiyyətinizdəki nüfuzunuza sarsılmaz zərbə vuran bu balaca padşahları ən sərt şəkildə cəzalandırardınız. Ümumiyyətlə bu nazirlikdə vətəndaşların müraciətinə baxılmır, vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradılır.. Ailəmə qarşı olan məmur özbaşnalığına son qoymaq üçün,məsləhət bildiyiniz məmur tərəfindən qəbul olunmağıma köməklik etməyinizi xahiş e.
Duzdur, ferdi weklde ozu de gunun gunorta vaxti yox, gece saat 12-den sonra