«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, pensiya yaşının qaldırılmasına ehtiyatla yanaşır.
«Pensiya yaşına gəlincə, Siz mənim mövqeyimi bilirsiniz: Mən, həmişə buna yüksək səviyyədə ehtiyatla və səliqə ilə yanaşmışam, indi də bu cür yanaşıram» - deyə, «birbaşa xətt» zamanı Putin bəyan edib. Bu sözlər Rusiya dövlətinin başçısının siyasi iradəsini ifadə edir...
Məlumat üçün bildirək ki, Ruiyada hələ də 1947-ci ildə SSRİ-də qəbul olunmuş «Pensiya haqqında qanun» qüvvədədir və bu ölkədə qocalığa görə, pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 ildir.
Bu rəqəmlər və ortaya qoyulmuş siyasi iradə yeni "antisosial pensiya qanunu" icad etmiş Azərbaycanın bəzi harın deputatlarına, talançı nazir və məmurlarına yönəlik sanki bir ittiham kimi səslənir...


Şərhlər
Pək əla! Bəzi deputatlar dediniz, Sizinlə tam razı. O harın deputatlar kimdirlər ki, "Ataloqsuz inkişaf dövləti" olan bu xarabada icazəsiz yaş həddini dəyişsinlər?....