Menu

"Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir" - Maduro

16.06.2018, 09:41

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in CaracasVenesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri Xuan Manuel Santosun hərbi münaqişəyə başlamaq niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bunları Venesuela lideri hərbçilər qarşısında çıxışı zamanı bildirib.

N.Maduro deyib: "Xuan Manuel Santosun rəhbərlik etdiyi Kolumbiya höküməti silahlı münaqişə yaratmaq üçün Venesuela və Kolumbiya ərazisində hərbi xarakterli təxribat və aktlar seriyası hazırlayır".

Venesuela prezidenti hərbçiləri Santosun planlarına mane olmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol