Məşhur “Forbes” jurnalı Rusiyanın ən varlı məmur xanımlarının siyahısını hazırlayıb. Musavat.com-un sözügedən jurnala istinadən verdiyi məlumata görə, siyahıya son bir ildə 50 milyon rubldan (təxminən 1 milyon 420 min manat) artıq qazanc əldə edənlər salınıb.
Məlumata görə, siyahıda Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçin azərbaycanlı xanımı Zümrüd Rüstəmova da yer alıb. Onun illik qazancı 52 milyon 318 min rubl olub. Zümrüd Xandadaş qızı Rüstəmova 1970-ci ildə Moskvada anadan olub. O, 2001-ci ildə Arkadiy Dvorkoviç ilə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən 3 oğlu var.
![]()


Şərhlər
Pul..pul..yenə də pul..hər şey ona qurban verilir..bəlkə də bu ən çox bizə aiddir..ən bəlalı özəlliyimiz.
Belələri bizim namuslu Azərbaycan qızlarının adına ləkədir.Xristianların ağuşuna atılanlarda milli təəssübkeşlik olmur.Milli güvənc yerimiz olan Azərbaycan qadınlarının,əlbəttə belə ər axtarmaları onları qınaqdan azad etmir.