Bakı şəhəri, Xətai rayonundakı mənzillərdən birində yaşayan 1954-cü il təvəllüdlü Mərziyə Məmmədova sirkə turşusu içərək intihar edib.
“Report”un xəbərinə görə, qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İntihar edən şəxs şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Bu gün Göygöl rayonunda da intihar hadisəsi baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Şamo Məhəmməd oğlu rayonun Üçtəpə kəndində özünü asaraq intihar edib.
Onun hansı səbəbdən özünü asması hələ ki, məlum deyil.

Şərhlər